background img
banner

Altruizmin dəyəri

Increase text size Decrease text size

Qeyd edək ki, altruizm — başqa adamlara təmənnasız xidmət göstərilməsindən, onların xoşbəxtliyi naminə öz şəxsi mənafeyini qurban verməkdən ibarət əxlaqi prinsipdir.

 

– İmam Əli buyurub: “Fədakarlıq ən ali əxlaqi xüsusiyyətdir”. (Ğurərul-Hikəm: 986; Uyunul-Hİkəm vəl-Məvaiz, s.19, h.91)

– Həmçinin buyurub: “Fədakarlıq yaxşı adamların xarakteridir”. (Ğurərul-Hikəm: 606 və 882; Uyunul-Hikəm vəl-Məvaiz: s.23, h.197)

– Həmçinin buyurub: “Fədakarlıq ən gözəl ehsan və imanın ən uca mərtəbəsidir”. (Ğurərul-Hikəm: 1705)

– Həmçinin buyurub: “Fədakarlıq ibadətlərin ən fəzilətlisi, ağalığın ən mükəmməl olanıdır. (Ğurərul-Hikəm: 1148, Uyunul-Hikəm vəl-Məvaiz: s.29, h.439)

– Həmçinin buyurub: “Ən üstün səxavət fədakarlıqdır”. (Ğurərul-Hikəm: 2888, Uyunul-Hikəm vəl-Məvaiz: s.111, h.2405)

– Həmçinin buyurub: “Sair insanlarla insafla, möminlərlə isə fədakarlıqla davran”. (Ğurərul-Hikəm: 6342)

– Həmçinin buyurub: “Əxlaqi xislətlərin ən uca zirvəsi fədakarlıqdır”. (Ğurərul-Hikəm: 6361)

– Həmçinin buyurub: “Azad insanlar fədakarlıqla bəndəliyə çəkilmiş olarlar”. (Ğurərul-Hikəm: 4187)

 

Tərcümə etdi: Fərid Abdullah

Mənbə: "Mizanul-Hikmət", c.1.

Tarix : 2016-10-25Baxış sayı : 62