background img
banner

Həzrər Fatimənin fədakarlığı

Increase text size Decrease text size

Şeyx Tusinin “Əmali” kitabında Əbu Hüreyrədən belə nəql olunmuşdur ki, bir nəfər Peyğəmbərin yanına gəldi və aclıqdan şikayət etdi. Allah Rəsulu bir nəfəri həyat yildaşlarından birinin evinə göndərdi. Amma onlar dedi ki, sudan savayı heç nəyimiz yoxdur. Allah Rəsulu buyurdu: “Bu gecə bu adamı kim qonaq edər?” Əli ibn Əbu Talib buyurdu: “Ey Allah Rəsulu, mən onu qonaq edərəm”. Sonra Fatimənin yanına gəlib dedi: “Yeməyə nəyin var, ey Allah Rəsulunun qızı?” Fatimə dedi: “Uşaqların yeməyindən başqa heç nə yoxdur. Amma qonağı özümüzdən üstün tutarıq”. Əli dedi: “Ey Məhəmmədin qızı, uşaqları yatızdır və çırağı söndür”. Səhər açıldıqda Əli Peyğəmbərin yanına gəlib, macəranı ona danışdı. Çox keçmədi ki, Allah-taala “özlərindən üstün tutarlar” ayəsini nazil etdi”. (Əl-Əmali lit-Tusi: s.185, h.309)

Tarix : 2016-10-25Baxış sayı : 65