background img
banner

Yuxuda Peyğəmbər, yaxud İmam görmək höccətdirmi?

Increase text size Decrease text size

Belə bir maraqlı sual var. Əgər bir kəs Həzrət Məhəmmədi yuxuda gördüyünü iddia etsə (İndiki zamanda belə bir halla tez-tez rastlaşırıq), onun sözlərinə inanmalıyıqmı? İslam dininin rəyinə əsasən belə bir yuxular şeytani yuxu ola bilərmi?
Cavab verə bilərik ki, yuxu İslam fiqhi (hüququ) sistemində dəlil və ya höccət kimi qəbul edilmir. Yəni həmin şəxsin gördüyü yuxunu hər hansı bir şeyin sübut olunmasnda istifadə edilə bilməz. Əlbəttə, iddia edə bilmərik ki, bu mövzuda görülən hər bir yuxu doğru olmayan və batil bir yuxudur. Ola bilər ki, bu yuxu düzgün yuxudur, səhihdir, amma sübut etmək məqamında iddia və isbat üçün keçərli deyil. O, yalnız yuxunu görən şəxsə keçərlidir, yuxunun sərhəd və hüdudları həmin şəxsə məxsusdur, yuxunun düzgünlüyü təbir ediləndən sonra, şəxsi və qeyri-hüquqi işlərində bu yuxuya istinad etməkdə ixtiyar sahibidir. Bununla yanaşı, Əhli-Beytdən bizə yetişən rəvayətlərə əsasən Şeytan övliya və peyğəmbər surətində girə bilməz. Amma bu da o demək deyil ki, yuxuda görülən hər bir əbalı-qəbalı, üzübağlı şəxs peyğəmbər və ya imamdır.

Tarix : 2016-09-23Baxış sayı : 145