background img
banner

Miskinə, yetimə və əsirə yemək verən Əhli-Beyt

Increase text size Decrease text size

İmam Sadiq Allah-taalanın “Onun (yəni Allahın) istəyi əsasında yeməyi miskinə, yetimə və əsirə yedizdirərlər” kəlamı barədə buyurub: Fatimənin evdə bir miqdar arpası vardı. Ondan sıyıq hazırladılar. Hazır olduqda onu qarşılarına qoydular (ki, yesinlər). Bir miskin gəldi və dedi: “Allah sizə rəhm etsin. Allah sizə ruzi verdiyinən bizi də yedizdirin”. Əli ayağa durdu və yeməyin üçdə birini ona verdi. Çox keçmədi ki, bir yetim gəlib dedi: “Allah sizə rəhm etsin. Allah sizə ruzi verdiyindən bizi də yedizdirin”. Əli ayağa durdu və digər üçdə birini ona verdi. Çox keçmədi ki, bir əsir gəlib dedi: “Allah sizə rəhm etsin. Sizə ruzi verdiyindən bizi də yedizdirin”. Əli yerdə qalan üçdə biri də ona verdi. Ancaq ondan dadmadılar da. Beləcə, Allah onlar barədə bu ayəni – “Səyiniz təşəkkürə layiqdir” ayəsinə qədər – endirdi”. (Təfsirul-Qummi, 2/398; Məcməul-Bəyan, 10/612; Biharul-Ənvar: 35/243/3)

Tarix : 2016-10-25Baxış sayı : 80