background img
banner

İmam Əlidən ədalət dərsi

Increase text size Decrease text size

Həzrət Əlinin xüsusiyyətlərindən biri bu idi ki, Beytul-Malı camaat arasında bərabər şəkildə bölərdi və müsəlmanlar arasında ayrıseçkilik salmazdı. Onun bu işi səbəb oldu ki, ayrıseçkilik və inhsarçılıq tələb edən tərəfdarları Müaviyəyə qoşuldu.
Əlininn dostlarından bir dəstəsi onun yanına gəlib dedi: “Əgər siyasətçi və inhisarçılıq tələb edən kəsləri pulla razı salsan, işlərin getməsi üçün daha layiq olar”.

İmam Əli bu təklifdən qəzəblənib dedi: “Sizin nəzəriniz odur ki, hökümətim altında olanlara zülm edim, onların haqlarını başqalarına verim və haqlarını tapdalamaqla öz ətrafımda tərəfdar toplayım? Allaha and olsun ki, dünya durduqca, günəş saçdıqca, göydə ulduzlar sayrışdıqca bu işi etməyəcəyəm. Əgər mal özümün olsaydı, (yenə də) onu bərabər şəkildə bölərdim. O ki qaldı mala, mal Allahındır”.

Sonra buyurdu: “Ay camaat! Yaxşı işi nadürüst yerdə icra edən adam bir neçə gün ləyaqətsiz və qəlbi qara kəslərin yanında təriflənə, onların qəlbində məhəbbət və sevgi yarada bilər; ancaq bir gün başına pis hadisə gəlsə və onlara ehtiyac duysa, həmin şəxslər dostların ən pisi və daha çox tənə vuranı olacaqdır”. (Bihar, c.41, s.108 və 111)

Tarix : 2016-10-25Baxış sayı : 126