background img
banner

Övlad tərbiyəsində diqqət yetirək

Increase text size Decrease text size

Yaxşlıqlara dəvət edən və pisliklərdən çəkindirən övladların tərbiyəsi

“Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, mühüm əməllərdəndir”. (Loğman, 17)

Bildirişlər:

1. Başlanğıc və qayıdış yerinə diqqət etdikdən sonra əməllərin ən mühüm olanı namazdır.

2. Cəmiyyət içərisində yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirməklə məşğul olmaq istəyirsə, özünü namaz vasitəsilə düzəltməli, həmçinin özünü imandan sirab etməlidir.

3. Övladlarımızı yaxşılıqlara dəvət edən və pisliklərdən çəkindirən kəs kimi yetişdirməliyik.

4. Yaxşılıqlara dəvət həmişə pisliklərdən çəkindirməkdən öndədir.

5. Həqiqət yolunda olmaq kifayət deyil. Özgələrini də həqiqət yoluna dəvət etmək lazımdır.

6. Dinin təbliğində, yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmək kimi vacib əməlin icrasında səbirli və köksü geniş olmaq lazımdır.

 

“Nur” təfsirindən istifadə olunub.

Tarix : 2016-10-26Baxış sayı : 73