background img
banner

İmam Hüseyn və səbirli olmaq

Increase text size Decrease text size

“(Səbirli olanlar) o kəslərdir ki, (hər vaxt) onlara müsibət yetişdikdə deyərlər: “Həqiqətən də, biz Allah tərəfindənik və Ona sarı qayıtmaqdayıq”. (Bəqərə, 156)

Bildirişlər: Bu ayə müsibət və sıxıntılar zamanı səbirli olmaq barədədir. Sələbi mənzilində Abdullah ibn Süleyman və Munzir ibn Muşməil Əsədi İmam Hüseynin yanına gəldi. Onlar Müslimin şəhid olma xəbərini həzrətə çatdırmaq istəyirdilər. Onlar İmamın qarşısına gəlib, dedilər: “Ey Əbu Abdullah, Kufədən xəbərimiz var. Bunu sənə xüsusi olaraq bildirək, yoxsa camaat arasında ümumi şəkildə?” İmam dedi: “Mənim yoldaşlarımdan bir gizli sirrim yoxdur. Onlar hamılıqla sirlərimə məhrəm olan kəslərdir”. Onlar İmama dedilər: “Etibarlı bir adamdan belə bir məlumat əldə etmişik ki, Müslim və Hani Kufədə öldürülmüşdür!” İmam bir neçə dəfə bu ayəni oxudu: “İnna lillah və inna ileyhi raciun” (Yəni – həqiqətən də, biz Allahınıq və Ona sarı qayıtmaqdayıq). Sonra buyurdu: “Daha bu əzizlərimizin şəhid olmasından sonra dünya yaşayışının heç bir dəyəri yoxdur”.

Səbirli olan kəslərin şüarı budur: “İnna lillah və inna ileyhi raciun”.

İnsanlar problem və sıxıntılarla üzləşdikdə üç dəstəyə ayrılırlar:

1. Ahu-zar edən, qışqırıq salan dəstə;

2. Dözümlü və səbirli olan dəstə;

3. Səbirli olmaqdan əlavə, şükür edən dəstə.

Səbrin kökü Allaha, məada inanmaq, mükafat əldə etməyə ümid bəsləməkdir.

 

İstifadə edilən mənbələr: Əl-Xəsaisul-Hüseyniyyə, s.201; Nur təfsiri, c.1, s.240.

Tarix : 2016-10-26Baxış sayı : 90