background img
banner

Muxtar Səqəfi haqqında

Increase text size Decrease text size

Muxtar Əbu Übeyd ibn Məsud Səqəfinin oğludur. Hicrətin birinci ilində Taifdə doğulmuşdur. Muxtar 13 yaşında olmasına baxmayaraq, Qadisiyyə müharibəsində arası ilə birlikdə döyüş cəbhəsinə gəlmiş və düşmənlə vuruşmaq istəmiş, ancaq atası ona mane olmuşdur. Muxtar igid, rəşid, comərd, uca himmətli, güclü, düşüncəli və ağıllı bir insan idi. Muxtar İraqda Əhli-Beyt tərəfdarları üçün bir mehvər, onların fəzilətlərini yayanlardan biri sayılırdı. Həzrət Əli, İmam Həsən və İmam Hüseynin imamətinə inanırdı. Muxtarın İmam Hüseynə qarşı Kərbəlada vuruşanların 18 min nəfəri öldürdüyü nəql edilmmişdir. O, İmam Hüseynin qatillərindən intiqam almaq məqsədilə hicrətin 66-cı ilində qiyam qaldırmışdır. Muxtarın ardıcıllarına “Keysaniyyə” adı verilmişdir. Bunun səbəbi Əsbəğ ibn Nübatənin nəql etdiyi rəvayətdir: Muxtarı uşaq olarkən Əlinin dizləri üzərində gördüm. Həzrət onun başını oxşayaraq belə deyirdi: “Ya Kəyyis! Ya Kəyyis” (Ey bacarıqlı, ey bacarıqlı!) Buna görə də onun ardıcıllarına “Keysaniyyə” deyirdilər. Muxtar on səkkiz ay (yəni hicrətin 66-cı ilinin rəbiüləvvəl ayının on dördündən hicrətin 67-ci ilin ramazan ayının on dördünə qədər) ayaqda qala bildi. Muxtar 67 yaşında Musəb ibn Zübeyrin ordusu ilə döyüşərkən şəhid oldu. Onun məzarı Müslim ibn Əqilin Kufədəki qəbrinin yerləşdiyi yerdədir.

Tarix : 2016-10-26Baxış sayı : 126