background img
banner

İmanın şərti təvəkküldür

Increase text size Decrease text size

De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Mövlamızdı (ixtiyar sahibimizdir). Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!” (Tövbə, 51)

İzah: Mömin buna etiqad bəsləyir ki, Allahın onun üçün müqəddər (təyin) etdiyindən başqa heç nə onun üçün gerçəkləşə bilməz. Bu və bir sıra digər ayələrdən belə nəticə əldə olunur ki, hər şey Allahın təqdirinə (müəyyən etməsinə) bağlıdır. “Müsibət” ifadəsi qəza və qədər barədə söz açılmış ayələrdə işlədilmişdir.

Məkkə və Kufə yolu

Məkkə və Kufə yolu arasında Abdullah ibn Müti İmam Hüseynlə qarşılaşdı. Fikir verdi ki, İmam Kufəyə sarı hərəkət edir. Özünün vəziyyətdən xəbəri vardı. Odur ki, İmamı Kufəyə hərəkət etməkdən saxlmağa, ona mane olmağa çalışdı. İmam isə onun cavabında həmin bu ayəni oxudu.

Bildirişlər

1. Rəhbər və ümməti həm kədərdə, həm də şadlıqda şərikdirlər.

2. Biz öhdəçiliyə əmr olunmuşuq. Nəticəyə isə zamin deyilik. Biz cəhd göstətirik, ancaq onun müqəddəratı Allahın əlindədir.

3. Mömin – özünü Allahın vilayəti altında hesab edir.

4. Yalnız Allaha təvəkkül etmək (nəticəni Ona həvalə etmək) lazımdır.

5. İmanın şərti təvəkkül etməkdir.

İstifadə olunan mənbə: Əl-Xəsaisul-Hüseyniyyə, s.202; Nur təfsiri, c.3, s.435.

 

Tarix : 2016-10-26Baxış sayı : 71