İmam Hüseyn haqqında zəruri bilgilər (3)
- İmam Hüseynin əhli-beyti cümə günü Mədinəyə çatdı; həmin gün Mədinə camaatından bir dəstə cümə namazı qılmaq üçün məsciddə toplaşmışdı. Vəlid minbərə çıxıb xütbə söyləyirdi. Birdən ağlamaq səsləri Mədinəni bürüdü. Camaat “Vay Hüseyn!” deyərək ağlayırdı. Həmin gün Mədinə şəhərində Allah Rəsulunun vəfat etdiyi gün kimi yas oldu. Buna görə də Mədinədə on beş gün matəm elan edildi. Camaat kiçik və böyük dəstələrlə matəm saxlayıb ağlayırdı.
- Tarix, rəvayət və alimlərin sözlərini araşdığımız zaman Cabir və Əhli-Beytin İmam Hüseynin məzarını ziyarət etmələri baxımından beş cəhət ortaya çıxır: 1) Hicrətin 61-ci ili səfər ayının 20-si; 2) Eyni ilin ikinci ərbəinində ; 3) Hicrətin 62-ci ilinin ərbəinində; 4) Cabir və yoldaşları hicrətin 61-ci ilinin birinci ərbəinində İmam Hüseynin qəbrini ziyarət etməyə müvəffəq olmuşlar. Ancaq İmamın ailəsinin Cabir ilə qarşılaşması Cabirin – İmamın ziyarətinə getdiyi başqa günlərə təsadüf etmişdir; 5) İmamın ailəsi Kufədən Şama getdikləri zaman birinci ərbəində Kərbəlaya çatmışlar və eyni gün Cabir və yoldaşları ilə görüşüb, sonra Şama getmişlər.
Bizə görə, 4 və 5-ci nəzər ağıla daha uyğun və doğrudur.
- Abbasi xəlifələriindən onuncusu – Mütəvəkkil İmam Hüseynin qəbrini dağıdaraq o həzrətin ziyarət olunmasına maneə yaratmağa çalışmışdır.
- İmam Hüseynə mərsiyə oxumağın tarixçəsi həzrət Peyğəmbərin, hətta həzrət Adəmin zamanına çatır. Çünki Peyğəmbərin özü və məsum imamlar İmam Hüseyn üçün mərsiyə oxumuş və xalqı buna təşviq etmişlər. Buna əsasən, İmam Hüseynə mərsiyə oxumaq çox qədim zamanlara söykənir. İslamda isə maarifləndirici, ictimai və siyasi proqramlardan biri olaraq bəlirlənib, beləcə davam etmişdir. Ancaq İmam Hüseynə mərsiyə oxumaq 9 və 10-cu əsrlərdə “Rövzətüş-Şühəda” kitabının yazılması ilə başlamışdır – deyənlərin fikri bizə görə doğru deyildir. Qeyd edək ki, İmam Hüseyn haqqında fars dilində ilk məqtəl (mərsiyə) “Rövzətüş-Şühəda” kitabıdır. Yazarın adı isə Kəmaləddin Hüseyn ibn Əli Vaiz Kaşifidir.
- Muxtar Əbu Übeyd ibn Məsud Səqəfinin oğludur. Hicrətin birinci ilində Taifdə doğulmuşdur. Muxtar 13 yaşında olmasına baxmayaraq, Qadisiyyə müharibəsində arası ilə birlikdə döyüş cəbhəsinə gəlmiş və düşmənlə vuruşmaq istəmiş, ancaq atası ona mane olmuşdur. Muxtar igid, rəşid, comərd, uca himmətli, güclü, düşüncəli və ağıllı bir insan idi. Muxtar İraqda Əhli-Beyt tərəfdarları üçün bir mehvər, onların fəzilətlərini yayanlardan biri sayılırdı. Həzrət Əli, İmam Həsən və İmam Hüseynin imamətinə inanırdı. Muxtarın İmam Hüseynə qarşı Kərbəlada vuruşanların 18 min nəfəri öldürdüyü nəql edilmmişdir. O, İmam Hüseynin qatillərindən intiqam almaq məqsədilə hicrətin 66-cı ilində qiyam qaldırmışdır. Muxtarın ardıcıllarına “Keysaniyyə” adı verilmişdir. Bunun səbəbi Əsbəğ ibn Nübatənin nəql etdiyi rəvayətdir: Muxtarı uşaq olarkən Əlinin dizləri üzərində gördüm. Həzrət onun başını oxşayaraq belə deyirdi: “Ya Kəyyis! Ya Kəyyis” (Ey bacarıqlı, ey bacarıqlı!) Buna görə də onun ardıcıllarına “Keysaniyyə” deyirdilər. Muxtar on səkkiz ay (yəni hicrətin 66-cı ilinin rəbiüləvvəl ayının on dördündən hicrətin 67-ci ilin ramazan ayının on dördünə qədər) ayaqda qala bildi. Muxtar 67 yaşında Musəb ibn Zübeyrin ordusu ilə döyüşərkən şəhid oldu. Onun məzarı Müslim ibn Əqilin Kufədəki qəbrinin yerləşdiyi yerdədir.
- Haşimi qadınlar beş il gözlərinə sürmə çəkmədilər, saçlarına xna yaxmadılar, hətta onların evindən yemək bişirməyin əlaməti olan tüstünün çıxdığı belə, görülmədi. Ancaq Übeydullah ibn Ziyad hicrətin 67-ci ili Muxtarın əli ilə öldürüldüyü zaman matəmdən çıxdılar.
- İmam Sadiq belə buyurmuşdur: “İmam Səccad 40 il gündüzləri oruc tutub, gecələri ibadətlə keçirtdiyi halda atasının müsibətləri üçün ağlayır, xidmətçisi ona nə zaman su və ya yemək aparıb qarşısına qoysaydı belə deyərdi: Allah Rəsulunun oğlu susuz və ac halda öldürüldü”. Bu cümləni təkrarlayıb ağlayırdı. Belə ki, yeməyi göz yaşları ilə islanırdı. Ömrünün sonun qədər də belə yaşadı”.
- Hicrətin 65-ci ili Süleyman ibn Surəd Xüzainin rəhbərliyi ilə “Təvvabun” qiyamı baş vermişdir. “Təvvabun” (tövbə edənlər) Kufə camaatından olan və İmam Hüseynə kömək etmədiklərinə görə özlərini qınayan bir dəstə idi. Onlar günahlarının bağışlanması üçün İmam Hüseynin intiqamını düşmənlərindən almağın, qatillərini cəzalandırmağın, yaxud bu yolda öldürülməyin vacib olduğuna inanırdılar. Bu üzdən Şam ordusu ilə vuruşdular. Düşmənə ağır zərbələr ebdirdikdən sonra onların əksəriyyəti bu döyüşdə öldürüldü.