background img
banner

Kərbəla əsirləri xarabalıqda qalıbmı?

Increase text size Decrease text size

Sual: Rövzə və mərsiyələrdə deyilir ki, Kərbəla əsirləri Şamda bir xarabalıqda idilər. Belə ki, onların nalələrini saraydakılar eşidirdi. Necə mümkün ola bilər ki, Yezidin sarayının ətrafında xarabalıq olsun?

Cavab: Kərbəla əsirləri Şama çatdıqdan sonra Yezidin məclisinə varid oldular. Orada bəzi hadisələr baş verdi ki, nəticədə Əhli-Beytin haqq olması və İmam Hüseynin hərəkatı daha çox aşkar oldu və yayıldı.

Yezidin sarayında baş verən hadisədən sonra o göstəriş verdi ki, Əhli-Beyti bir müddət Şamda saxlasınlar.

Şeyx Müfid bu mövzunu belə təsvir edir: Sonra əmr verdi ki, qadınları ayrı evdə saxlasınlar. Əli ibn Hüseyn də onların yanında olsun. Buna görə də onlar üçün Yezidin evinə yaxın (birləşik) bir ev boşaltdılar. Bir neçə gün bu ailə orada qaldı.

Şeyx Müfidin qeydinin belə nəticə əldə etmək olur ki, Əhli-Beytin məskunlaşdığı məskən Yezidin qəsrinə yaxın olmuşdur. Daha həmin məskənin xüsusiyyətlərini qeyd etməmişdir. Amma Qütb Ravəndi geniş bir rəvayət nəql etmişdir:

İmam Sadiq buyurub: İmam Zeynəlabidini Peyğəmbər əhli-beyti ilə birlikdə Yezidin yanına gətirdikdə onları divarları süst olan bir xarabalıqda məskunlaşdırdılar.

Onlardan biri dedi: Bizi belə bir xarabalıqda yerləşdiriblər ki, başımızın üstünə tökülsün.

Mühafizəçilərdən biri bunu eşitdi və rum dilində dedi: Bunlara baxın, divarın başlarına ummasından qorxurlar. Halbuki sabah onları çölə çıxarıb, bir-birinin ardınca boyunları vurulacaq.

İmam Səccad dedi: Allahın izni ilə bu ikisinin heç biri olmayacaq. Elə həmin cür də oldu.

Görüldüyü kimi, bu rəvayət qədim bir kitabda qeyd edilmiş və “Beytun xərabun” ifadəsilə ifadə olunmuşdur. Bu məna da xarab (uçulmuş) ev, yaxud xarabalıq mənasını daşıyır.

Məhəmməd ibn Həsən Səffar “Bəsairud-Dərəcat” kitabında bu rəvayəti Məhəmməd ibn Əli Hələbidən qeyd etmişdir. Bir şey istisnadır ki, “xərab” sifəti “ev” üçün qeyd olunmamışdır. Amma rəvayətin ardı onu göstərir ki, bu ev o qədər uçuq gündə idi ki, divarlarının Əhli-Beytin üzərinə tökülmə ehtimalı vardı. Buna görə də, Əhli-Beytin saxlanıldığı məskəni xarabalıq ifadələri ilə adlandırmaq həqiqətdən uzaq deyil.

Tarix baxımından deyilən mətləblərə diqqət etdikdə aydın olur ki, Əhli-Beyti Yezidin qəsrinin kənarında olan xarabalıqda yerləşdirmişdilər.

Ancaq Yezidin sarayının yanında belə bir xarabalığın mövcudluğunun necə mümkün olmasına dair suala gəlincə, həmin zamanda Padşah qəsrlərinin kənarında belə evlərin mövcud olması zehndən uzaq məsələ deyil. Çünki müxtəlif səbəblərə görə qəsrlərin kənarında belə xarabalıqlar ola bilərdi. Məsələn, bu qəsrlər genişləndirilərkən onun ətrafında camaatın evləri qala bilərdi ki, zamanla həmin evlər xarabalıqlara çevrilirdi. Ya da mümkündür ki, bu cür məskənlər mövcud olmuşdur ki, orada lazımsız, köhnə əşyalar saxlayırdılar.

Həmçinin mümkündür ki, bu ev heç qəsrə də bitişik olmayıb. Bəlkə də onun ətrafında mövcud idi. Nəzərə alsaq ki, həmin dövrdə texniki qurğular, nəqliyyat vasitələri yox idi, şəhərdə sakitçilik mövcud idi və xarabalıqda olan ahu-nalə sədalarının saraya gəlib çatması da qəribə şey deyil.

 

Tarix : 2016-10-27Baxış sayı : 134