background img
banner

Qüsl alarkən su kəsilsə

Increase text size Decrease text size

Sual: Əgər hamamda cənabət qüslü alarkən su azalsa, yaxud kəsilsə, mən nə etməliyəm? Qüsl neçə dəqiqəyə alınmalıdır?

Cavab: Qüsl alarkən bunu fasiləsiz yerinə yetirmək şərt deyil. Əgər su kəsilsə, yaxud qəsdən suyu bağlasanız və bir müddət sonra qüslə davam etsəniz belə, qüslünüz səhihdir.

Buna bir az da izah verək. Tərtibi (yəni ardıcıllıqla alınan) qüsldə başı və boyunu yuduqdan sonra dərhal bədəni yumaq vacib deyil. Başı, boyunu yuyub bir miqdar səbir edib bədəni yumağa keçmək də olar. Hətta baş və boyunun, yaxud bədənin bir dəfəyə yuyulması da vacib deyil. Belə ki, başı yuduqdan bir müddət sonra boyunu yumaq da keçərlidir.

Tarix : 2016-10-27Baxış sayı : 64