background img
banner

Pişik tükünün hökmü

Increase text size Decrease text size

Heyvanlar arasında təkcə quruda yaşayan it və donuz nəcisdir. Buna görə də diri pişikiyin özü və tükü pakdır. Pişiyin ifrazatı isə nəcisdir. Bu hökm təkcə pişiyə aid deyil, əti haram sayılan və qanı atıcı olan bütün heyvanlara aiddir. Ölmüş pişiyin cəsədinə gəlincə, onun ruha malik bədən üzvləri nəcis sayılır. Ancaq tükü bu hökmə aid deyil.

 

Namaza gəlincə, namazqılanın paltarı əti haram sayılan heyvanların əzalarından olmamalıdır. Pişik bu növ heyvanlara aid olduğuna görə, onun hətta bir tükü belə, namazqılanın üzərində olmamalıdır.

 

Lakin Ayətullah Sistaninin nəzəri budur ki, namazqılanın bədənində və ya paltarında bu növ heyvanların ifrazatı, rütubəti və tükləri olmamalı və ya bunlara bulaşmamalıdır. Ancaq heyvanın bir tükü onun üzərində olması onun namazına zərər toxundurmaz.

 

Əti haram olan heyvanın rütubəti barəsində bütün təqlid alimləri buyurmuşlar ki, əgər əti haram olan heyvanın burnunun, yaxud ağzının suyu, ya da bir başqa rütubəti namazqılanın bədənində, yaxud paltarında olsa, nəm olduğu halda namazı batildir. Qurumuş və nəcisin eyni (əsası, özü) aradan getmiş olsa, namaz düzgündür.

 

İmam Sadiq Peyğəmbərdən hədis nəql etmişdir və hədisin məzmunu budur ki, əti haram olan hər bir heyvanın yunu, tükü, dərisi, sidiyi, ifrazatı, südü yaxud həmin heyvanın bədənindən olan sair şeylərlə birlikdə qılınan namaz pozulmuş və batil olacaqdır. Allah onun namazını qəbul etməz. Bir halda ki, əti halal olan heyvandan hazırlanan başqa bir libasla namaz qılmış olsun. (Kuleyni, “Əl-Kafi”, c.3, s.397, Bab: Əl-Libasul-ləzi tukrəhus-salətu fihi, h.1)

 

Ravi deyir: Bir məktubda İmam Cavada belə yazdım: Bəzən paltarımda əti haram olan heyvanın yunu, ya tükü düşür...” Həzrət cavabında yazdı: Belə bir libasla namaz qılmaq caiz deyil. (Şeyx Tusi, “Təhzibul-Əhkam”, c.2, s.209, h.819)

 

Əlbəttə, bu rəvayətlərdən bəzilərinin sənədi zəif olsa da, məşhur nəzər yuxarıda qeyd etdiyimiz kimidir və əlavə araşdırmalar üsul və fiqh elminin mövzusudur.

 

Sözsüz ki, pişik tükü barədə tibb də söz demiş və bu cür şeylərin xəstəliklərin yaranmasına səbəb olduğunu və bəzi heyvanlarla yaxın təmasda olmağın sağlamlıq üçün zərərli ola biləcəyini qeyd etmişdir.

 

Ən doğrusunu Allah bilir.

 

Hazırladı: F.A.

Tarix : 2016-10-28Baxış sayı : 89