background img
banner

Nə üçün ölüyə namaz qılmaq lazımdır?

Increase text size Decrease text size

Bütün diri müsəlmanlara ehtiram bəsləmək vacib olduğu kimi, onlar öldükdə də ehtiram və sayğı göstərmək lazımdır. Buna görə də İslam hökmlərinin şəriət qanunlarında qüsl, kəfən, dəfn və ona meyit namazı qılmaq kimi əməllər vacib edilmişdir.

Meyit namazının fəlsəfəsi haqqında İmam Rza (ə) buyurmuşdur: Əgər kimsə “Nə üçün ölülərimizə namaz qılmağa əmr olunmuşuq”, - deyə sual versə ona deyilər:

Ona görə ki, Allah dərgahında meyitin şəfaətedicisi olaq. Onun bağışlanmasını Allahdan diləyək. Çünki heç bir zaman meyit ölümdən sonra şəfaət olunmasına, onun üçün məğfirət və bağışlanma dilənməsinə bir bu qədər ehtiyac duymayıb”. (Şeyx Səduq, “Uyunu Əxbarir-Rza”, c.2, s.113)

Buna görə də, dünyadan Bərzəx və Axirət evinə yol tutan kəs üçün bağışlanmasını diləmək və onun üçün dua etmək meyit namazının şəriət qanunu olmasına dəlil sayılır. Bu səbəbdən rəvadır ki, namazqılanlar üçüncü təkbirdən sonra mömin kişi və qadınlar üçün, dördüncü təkbirdən sonra isə meyit üçün – onun xüsusiyyətlərini ifadə edəcək dua etsinlər.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-28Baxış sayı : 94