background img
banner

Qeybət qırmağı necə tərk etmək olar?

Increase text size Decrease text size

Qeybət etməyi tərk etmək üçün aşağıdakı yolları diqqətdə saxlamaq lazımdır:

a) Qeybətin kökləri və onunla mübarizə aparmağın yollarını tanımaq: Əvvəlcə qeybətin köklərini tapmaq lazımdır. Sonra isə onunla mübarizə aparmaq gərəkdir. İmam Sadiq (ə) qeybətin kökünü on şeydə bilir ki, biz onlardan bir neçəsinə işarə edirik:

Qəzəbin şəfası: Bəzən kimdənsə narahatsınız. Qəzəbinizi boşaltmaq və rahatlaşdırmaq üçün özünüzü qeybət etməklə məşğul edirsiniz.

Başqaları ilə yoldaşlıq: Yəni bir dəstə adam qeybət qırmaqla məşğul olurlar və biz də hər bir şəkildə onlara bu işdə köməklik edirik.

Töhmət: Bu mövqe ən azı iki mənada ifadə oluna bilər: Biri odur ki, kimsə bizə töhmət vurur və biz də onun qeybətini edirik. Məsələn, deyirik: “Əgər filankəs bu cür eyib və nöqsana malik olmasaydı, bizə töhmət vurmazdı”. İkinci: Odur ki, biz kiməsə töhmət vurmaq istəyirik. Ancaq əvvəlcə qeybət etməklə bu yükü rahatlaşdırırıq. Məsələn, deyirik: “Filankəs belə bir pis sözlər deyib. Əslində bu adam elə bədağız və kin-küdurətlidir”.

Bədgümanlıq qeybətin köklərindən biridir.

Həsəd də paxıllığı çəkilən adamla əlaqədar qeybət etməyə səbəb olur.

Məsxərəyə qoymaq bəzən bir insanın qeybətini etmək üçün vasitəyə çevrilir və insanı başqasının qeybətini etməyə vadar edir.

Buna görə də əvvəlcə qeybətin özü araşdırılmalıdır. Sonra isə müxtəlif yollarla onun kökünü aradan aparmağa çalışmalıyıq.

b) Quran və hədislərdə qeybət etməyi məzəmmət edən göstərişlər üzərində təfəkkür etmək:

Bu ayə və hədisləri yaddaşda saxlamaq üçün hər gün gözdən keçirtmək lazımdır. Bu mütaliə və davamlı olmaq zaman keçdikdə qeybət etməyin məzəmmət olma inancını bizim şüurumuzda möhkəmlədir. Belə ki, qeybət şəraitinə düşdükdə, bu inanc dərhal zehnimizə gələcək və bizi bundan saxlayacaqdır. Çünki həm qeybətin pis iş olduğunu, həm də onun nəticəsini gözümüz önündə saxlayacağıq.

c) Ölüm barədə təfəkkür etmək: Hədislərdə qeyd edilir ki, ölüm haqqında düşünmək özünü ədəbləndirmək və fərdi inkişaf üçün çox önəmli faktordur. İnsan ölüm haqqında düşünərkən təkcə günahdan əl saxlamır, əksinə, mənfi və bəd əməllərə qarşı nifrət mövqeyində durur. Yəni insan təkcə özünü düzəltməyəcək, bununla parallel cəmiyyətdəki pozğunçuluğu da aradan qaldırmağa səy göstərəcəkdir.

d) Qeybətə şərait yaradan mövqedən uzaq durmaq: Bəzən bizim yaxın dostlarımız xüsusi məclislər təşkil edir, xüsusi sözlər danışır və s. Qeybət etmək üçün zəminənin yaranması elə ona qulaq asmaqla yaranır. Əgər qeybətin qarşısını ala bilmirsinizsə, ya deyilən sözləri başqa sözlərlə əvəz etməyə, söhbəti dəyişməyə acizsinizsə, onda belə yerləri tərk etməlisiniz. Əgər edə bilməsəniz, qeybət sizin üçün adiləşəcək və buna şərik olacaqsınız.

e) Özünüzə nəzarət və hesab-kitab etmək. Söz deməmişdən öncə diqqətinizi toplayın. Əgər deyəcəyiniz söz qeybətdirsə, onda tərk edin. Özünüzə nəzarəti davamlı etməlisiniz. Hər axşam hesabat aparın. Görün sözlərinizdə kiminsə qeybəti olubmu? Əgər olubsa, həm özünüz, həm qeybətini etdiyiniz şəxs üçün Allahdan bağışlanma diləyin və bir daha qeybət etməyin. Yox əgər etməmisinizsə, onda Allaha şükür edin.

Sonda bunu deməliyik ki, bu işləri yüngül hesab etməyin, yerinə yetirin ki, yaxşı nəticə əldə edəsiniz.

Bütün bunlardan əlavə qeybət etməyi tərk etmək üçün güclü iradəyə malik olmalısınız. Qeybət etməkdən, yaxud ona qulaq asmaqdan hər zaman imtina etmək qüvvətini özünüzdə tapmalısınız. Ola bilər ki, qeybət etmək sizin nəzərinizdə kiçik bir şey olsun. Lakin siz adi bir qeybətin hansı nəticələrə gətirib çıxaracağına yəqin etsəniz, inanın ki, heç vaxt bu addımı atmazsınız.

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-28Baxış sayı : 338