background img
banner

"İnfitar" surәsinin bir neçә ayәsi barәdә

Increase text size Decrease text size

"Göy parçalanacağı zaman; Ulduzlar dağılıb səpələnəcəyi zaman; Dənizlər (qaynayıb bir-birinə) qarışacağı zaman; Qəbirlər çevriləcəyi (qəbirlərin altı üstünə çevrilib ölülər oradan çıxacağı) zaman; Hər kəs (dünyada) nə etdiyini və (özündən sonra) nə qoyub getdiyini biləcəkdir! Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi. ("İnfitar", 1-8 ayәlәr)

Bu ayәlәrin izahı Qiyamәtin әlamәtlәrini açıqlayır vә bu әlamәtlәri insanlar axır lәhzәlәrdә, Qiyamәt günün baş verәcәyi zaman müşahidә edәcәklәr. Hәmin hadisәlәrdәn bәzisinә baxaq:

- Sәma param-parça olacaq
Sәma ulduzlarında qorxunc әzәmәtli partlayışlar baş verәcәk vә biri digәrilә toqquşacaqdır. Alәmin sona çatması üçün hәr şey parçalanacaqdır.

- Dәnizlәr aşıb-daşacaq, bir-birlәri ilә birlәşәrәk vahid dәniz forması alacaqdır.

- Qәbirlәrin torpaqları çevrilәcәk, ölmüş şәxslәr hesab üçün oradan çıxacaqlar. Hәmin vaxt insan әmәllәrinin yaxşı vә pis olmasını açıq şәkildә bilәcәkdir. Çünki onu qarşısında açıq şәkildә görәcәkdir.
 

Tarix : 2016-09-23Baxış sayı : 112