Qəza namazı olan müstəhəb namaz qıla bilər?
Sual: Mənim boynumda həm qəza namazı var, həm də qəza orucu var. İndi sualım budur ki, mən gecə namazı kimi müstəhəb namaz qıla bilərəm? Rəcəb və şəban aylarında müstəhəb oruc tuta bilərəm?
Cavab: Boynunda qəza namazı olan kəs müstəhəb namaz qıla bilər. Lakin boynunda qəza orucu olan kəs müstəhəb oruc tutsa, orucu batildir. Buna görə də, qəza oruclarınızı tutmağa çalışın. İnşallah, Allah sizə həmin ayların savabından da əta edər.