background img
banner

İmam Həsən Müaviyəni camaatdan üstün tutubmu?

Increase text size Decrease text size

İmam Həsən (ə): "Müaviyə sizdən mənim üçün xeyirlidir"!

Zeyd ibn Vəhəb deyir: İmam Həsən (ə) Mədain şəhərində yaralandığı və incik olduğu zaman onun hüzuruna yetişib dedim: Ey Allah Rəsulunun oğlu! Vəziyyət barədə nəzəriniz nədir, axı ortalıq yaman qarışıb, camaat heyrətdə və sərgərdandırlar?!

İmam Həsən (ə) buyurdu: And olsun Allaha, Müaviyə (kimi Allah düşməni) mənim üçün bu camaatdan daha yaxşıdır. Çünki onlar zahirdə özünü mənim davamçım və şiəm kimi göstərirlər (əslində isə qorxaq, münafiq və dünya quludurlar), ancaq məni öldürmək, malımı qarət etmək istəyirlər.

And olsun Allaha! Müaviyədən (hansı ki, Allahın, Peyğəmbərin və Əhl-Beytin düşmənidir) özüm və ailəm üçün aman istəmək zahirdə özünü "şiə" kimi göstərənlərin əli ilə ölməkdən, ailəmin, əhl-beytimin və həqiqi səhabələrimin (bu zahirdə şiəsifət görsənənlərin əli ilə) məhv edilməsindən daha yaxşıdır.

And olsun Allaha! Əgər Müaviyə ilə döyüşsəm, elə bunlar özləri mənim qollarımı bağlayıb ona təhvil verəcəklər.

And olsun Allaha! Əziz və hörmətli qalaraq sülh etməyim, əsir düşərək öldürülməyimdən, ya boynuma minnət qoyulmasında- (ki, desinlər səni əsir aldıq, amma öldürmədik) daha yaxşıdır, çünki bu hal həmişəlik olaraq Bəni-Haşim üçün ar və ayıb olardı, Müaviyə və onun nəsli bunla öyünüb ölü və dirimizə fəxr satardı.... - "Əl-Ehticac əla Əhlil-Lücac", Təbərsi, 2/290"...

Hədisin davamında İmam Əlidən (ə) İmam Həsənə Müaviyə barədə xəbərlər də vardır ki, uzun olduğu üçün davamını tərcümə etmədim.

P.S: Bu hədisi Müaviyə ibn Əbu Süfyan dinində olan vəhhabilər qayçılayaraq təkcə "Müaviyə şiələrdən mənim üçün daha xeyirlidir" hissəsini paylaşırlar.

Hazırladı: Mirməhəmməd Bəşir.

Tarix : 2016-10-29Baxış sayı : 79