background img
banner

Fatimə Zəhranın təsbihi nədir?

Increase text size Decrease text size

Təsbih, yəni Allah-Taalanı zehnimizə və dilimizə gələ biləcək bütün pis və aşağı sifətlərdən uzaq bilməkdir. Əgər əlimizdə çevirdiyimiz sapa düzülən daşlara da "təsbih" deyiriksə, bu, sapa düzülmüş gilələri sayaraq "Sübhanəllah" zikri dediyimiz üçündür. İşin adını işin alətinə qoymuşuq. Bu işi ilk dəfə həzrət Zəhra (s) etmişdir. Peyğəmbərin (s) göstərişinə əsasən həzrət Həmzənin (ə) qəbrinin torpağından təsbih düzəltmiş və zikrlərini saymışdır... Zikr deyib, Allahı yad etdikcə, təsbihdə fırlanan şəhid qəbrinin torpağı da şəhidləri və şəhidliyi hər zaman diri saxlasın deyə... Sanki yer üzündə Allah adının qalması ilə şəhid və şəhadət arasında bir bağlılıq var demək istəmiş həzrət Peyğəmər (s) bu göstərişi ilə...

Həzrət Zəhranın (s) təsbihi, tarixi və savabına gəlincə...

Şeyx Müfid "Əl-Məzar" kitabında (s.150) İmam Sadiqdən (ə) rəvayət olunan bir hədisdə deyir ki, həzrət Zəhranın (s) gilələri yundan toxunub, sapa düzülmüş bir təsbehi var idi ki, onunla zikr edirdi. Həzrət Həmzə (ə) şəhid olduqdan sonra onun qəbrinin torpağından təsbeh düzəldib, istifadə etdi. Camaat da belə etdi... İmam Hüseyn (ə) şəhid olduqdan sonra insanlar onun qəbrinin türbətindən təsbeh hazırlayıb, zikr üçün istifadə etməyə başladılar...

Bu təsbih barədə tək-tək hədisləri araşdırmağa ehtiyac yoxdur. Çünki o qədərdir ki, insan bu təsbihin həm Peyğəmbər (s) tərəfindən buyurulduğuna, həm də həzrət Zəhra (s) ilə bağlılığına yəqin edir... Həm də təsbih elə Quranın birbaşa hökmüdür. Belə ki, dəfələrlə insanlara əmr etmişdir ki, Allahı təsbih, həmd və səna edin...

Bu təsbihin haqqında bizim mühüm hədis kitablarımızda, o cümlədən aşağıdakı mənbələrdə vardır: "Əl-Məhasin, c.1, s36, h.34 -...40", "Əl-Kafi, c2.s506, h.3...", "Səvabul-Ə`mal, s.163", "Əl-Müqnə, s.97", "Əl-Məzar, Şeyx Müfi, s.150",

Bu hədislərdə buyurulur ki, kim hər vacib namazdan sonra həzrət Zəhra (s) təsbihini deyərsə, günahları bağışlanar, mələklər onun günahlarının bağışlanmasını Allahdan istəyər, bu təsbih şeytanı insandan uzaqlaşdırar, Allahı razı edər.... İmam Sadiq (ə) buyurur ki, həzrət Zəhra (s) təsbihini demək mənim üçün 1000 rəkət namaz qılmaqdan daha sevimlidir.

Bəzi hədislərdə İmamlar buyurub  ki, övladlarınıza həzrət Zəhra (s) təsbihini deməyi tapşırın, necə ki, vacib namazlar üçün belə edirsiniz. Hər kəs bu təsbihi ciddi saymazsa, bədbəxt olar.

Təsbihin deyilməsi haqqında belə göstəriş verilib ki, 34 "Allahu Əkbər", 33 "Əlhəmdulillah" və 33 "Subhanəllah", ardınca da 1 dəfə "La ilahə illəllah" da deyilsin.

Şeyx Səduq "İləluş-şəraye" kitabında (2/366) İmam Əlidən (ə) bu təsbih haqqında belə bir hədis nəql edir ki, bir dəfə həzrət Zəhra (s) atasında ev işlərində kömək üçün kəniz istəməyi niyyətində tutdu, amma bunu deməyə utandı... Peyğəmbər (s) qızının nəsə bir istəyi olduğunu duydu və yolunu onun evinə saldı... Hal-əhvaldan sonra məsələdən xəbərdar oldu. Bu zaman həzrət Zəhraya (s) dedi ki, mənim sənin üçün daha yaxşı hədiyyəm var... Yatan zaman 34 Allahu Əkbər, 33 Əlhəmdulillah və 33 Subhanəllah de...

Tarix : 2016-10-30Baxış sayı : 116