background img
banner

Ribanın haram olması

Increase text size Decrease text size

Riba (sələm) qadağan edilmişdir və faizdən əldə olunan mənfəət haramdır

 

“Ey iman gətirən kəslər, Allaha təqvalı olun və möminsinizsə, ribadan qalanı boşlayın (yəni borclu kəslərdən faizin məbləğini almayın)”. (Bəqərə, 278)

 

Ayənin nazil olma səbəbi

Ribanın (sələmin) haram edilməsi ayəsi nazil olduqda Xalid ibn Vəlid, Abbas və Osman kimi səhabələrdən bəzisinin camaatdan ribanın haqq-hesabının miqdarını istəyirdilər. Onlar öz tələbkar mövqelərində olduğu halda Peyğəmbərin yanına gəldilər ki, nə etməli olduqlarını bilsinlər. Nəticədə bu ayə nazil oldu.

 

Bildirişlər

1. Ribaxorluq cahiliyyət dövrünün adətlərindən idi. Belə ki, İslamın əvvəllərində hətta bəzi səhabələr belə, bu adətə bulaşmışdılar.

2. Təqva imandan daha uca mərtəbədir.

3. Ribaxor adam faizin miqdarının sahibi sayılmır, bu gəlirin maliki də deyil. İslam dini sələmçiliyin mənfəətini rəsmi şəkildə qəbul etmir.

4. İman və təqvanın şərtlərindən biri haram maldan gözünü çəkməkdir.

 

İstifadə olunmuş mənbələr: Əli ibn İbrahim Qumminin Təfsiri, c.1, s.93; Nur Təfsiri, c.1, s.442; Quran ayələrinin nazil olma səbəbi, s.79.

Tarix : 2016-10-30Baxış sayı : 995