background img
banner

Sən çağır, istə, Mən sənə yaxınam.

Increase text size Decrease text size

"Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar". ("Bəqərə", 186)

İzah və bildirişlər:
- Allah Quranda dua və dua etməyə təkid etmişdir. Belə ki, müxtəlif ayələrdə dua məsələsinin əsl əhəmiyyətinə, onun kəmiyyət və keyfiyyətinin üzərindən keçdiyini (güzəşt etdiyini) xatırlamışdır. 
- Bir səhra ərəbi Allah Rəsulundan soruşdu: Bizim Rəbbimiz yaxındırmı ki, onunla gizli və məxfi danışım, yoxsa uzaqdırmı ki, onu uca səslə çağırım? Ondan sonra bu ayə nazil oldu. 
- Allahın Öz bəndələrinə yaxın olmasının illəti budur ki, dua edənlər Onun bəndələridir. Qeyd-şərtsiz dualarına cavab verməyin illəti elə həmin yaxınlıqdır. 
- Bəndəçilik və übudiyyət (əbd olmaq) Allaha yaxın olmağın dəlilidir. 
- Dua edən kəs Rəbbin məhəbbət əhatəsində qərar turur. Həmçinin dua etmək bütün varlıqla birlikdə və həmrəng olmaqdır. 
- Dua gərək xalis olsun. Allahı, sadəcə dili tərpətmək, yaxud adət halını almaqla deyil, həqiqiətən, səmimi qəlbdən çağırsın.

Mənbə: Əl-Mizan, c.2, s.41; Süyuti, əd-Dürrul-Mənsur, c.1, s.194; Alusi, Ruhul-Məani, c.12, s.266.

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-10-30Baxış sayı : 1689