background img
banner

On qat əvəzi olan yaxşılıq

Increase text size Decrease text size

"Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”. ("Ənam", 160)

İzah və açıqlamalar
- Çox vaxt insan yaxşı iş görür, ancaq onun nəticələrindən xəbərsiz olur. Bir halda ki yaxşı və xeyir işin yalnız bir savabı deyil, bir neçə qat mükafatı vardır. Bu ayə Allahın bir minnətidir ki, bəndələrin üzərinə qoymuşdur. Bəzi müfəssirlər deyiblər ki, "həsənə"dən məqsəd ixlas kəlməsidir, "la ilahə iləllah" deməkdir. İmam Məhəmməd Baqir rəvayət etmişdir ki, bir mömin (müstəhəb) oruc niyyətilə mömin qardaşının yanına gəlsə, həmin mömin qardaş ona orucunu açmasını təklif etsə, o da bu təkliflə orucunu açsa və mömin qardaşının qəlbinə sevinc salsa, Allah-taala həmin günü ona on oruc günü kimi hesablayacaqdır.

- Bir çox rəvayətlərə əsasən, kim ayda üç gün oruc tutsa, sanki bütün ayı oruc tutmuş kimidir. Çünki hər gün on gün hesab edilir. "On qat əvəzi "

- İslamın tərbiyəvi metodunda on qat əvəz təşviqi tənbihdir.

- Allah mükafatda Öz fəzilətilə rəftar edir. Cəzalandırmada isə ədaləti ilə. "On qat əvəzi... yalnız onun misli qədər"

- Əməli qorumaq əməlin özündən daha mühümdür. Bəzən bizim əməllərimiz riya və özünü göstərmək niyyətilə başlandığına görə elə əvvəlcədən xarab olur. Bəzən isə işin ortasında ücb (xudbinlik) və qürur səbəbilə aradan gedir.

- Bir neçə bərabərə təşviq zülm deyil, ancaq həddindən artıq cəza zülmdür. "Yalnız onun misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz”.

- İnsanın əməli həmişə və hər yerdə onunla birlikdədir. “Kim yaxşılıq gətirərsə,… kim pislik gətirərsə…”

Mənbə: Təbərsi, “Məcməul-Bəyan”, c.9, s.32; Əbülfütuh Razi, “Rauzul-Cinan və Rauhul-Cinan fi Təfsiril-Quran”, c.8, 109; Təfsiru-Lahici, c.1, s.852.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-10-30Baxış sayı : 1741