background img
banner

Minnət, əziyyət və riyakarlıqla edilən yaxşılıqlar puç və faydasızdır!

Increase text size Decrease text size

Minnət, əziyyət və riyakarlıqla edilən yaxşılıqlar puç və faydasızdır!

 

“Ey iman gətirən kəslər, öz bəxşişlərinizi minnət və əziyyət verməklə batil etməyin!” (Bəqərə, 264)

 

Nöqtələr:

Ayədə bu həqiqətə işarə olunur ki, imanlı kəslər öz infaqlarını minnət və əziyyət verməklə puç və səmərəsiz etməməlidirlər.

Riyakar əməllər, yaxud bərk və qəsavətləşmiş qəlbdən qaynaqlanan minnət və əziyyətə qarışmış rəftarların öz sahibinə heç bir faydası yoxdur. O, bu cür etməklə gözəl hesab etdiyi əməlləri, əslində bərbad günə qoymuş olur.

 

Bildirişlər:

Başa qaxınc vurmaq və imkansız adama əziyyət vermək infaqın, sədəqə və bəxşiş verməyin mükafatını aradan aparır.

Riyakarlıq Rəbbə və Qiyamət gününə imanın olmamasına dair bir nişanədir.

İnfaq mühüm deyil, infaq edən kəsin ruhi və mənəvi durumu mühümdür.

Minnətcil, riyakar və kafir adamın əməli puçdur.

Riyakar adamın aqibəti rüsvayçılıq olar. Baş verənlər isə həqiqətin üzərini açandır.

Riyakar adam, təkcə axirət mükafatından məhrum deyil. Əksinə, mənəvi inkişafdan da heç bir fayda əldə edə bilmir.

Riyakar və minnətcil adam küfrün əhatəsinə daxil olmuşdur və təhdid edilmişdir.

 

Nur və Nümunə təfsirlərindən istifadə edilib.

 

Tarix : 2016-10-31Baxış sayı : 50