background img
banner

Quranla ünsiyyət qurmaq

Increase text size Decrease text size

Quranla ünsiyyət qurmaq və onu düşünüb dərk etməyə çalışmaq

"(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!" ("Sad" surəsi, 29)

İzah: 
- Quran möminlərdən istəmişdir ki, bacardıqları qədər onun ayələrini oxusunlar və bu müqəddəs Kitabla ünsiyyət qurmağı kiçik saymasınlar. 
- Quran ayələri barədə düşünüb daşınmaq bu ayələrin işarə etdiyi hədəf və məqsədləri dərk edib anlamaqdır. 
- Quran ayələrilə yanaşı düşünüb-daşınmaq olmazsa, həmin tilavətin dəyəri az olacaqdır. Çox təəssüflər olsun ki, bəzi müsəlmanlar təcvid, gözəl səslə oxumaq və s. kimi ən ilkin ədəb qaydalarına belə əhəmiyyət vermirlər. 
- Din rəhbərlərimiz təkidlə demişlər ki, tərtil və anlayışla az oxunuş, kor-koranə şəklində çox oxunuşdan daha üstündür və həm də Quranın hədəflərilə uyğundur. 
- Hədislərdə də uşaq və gənclərin Quranla daha çox ünsiyyətdə olmalarına təkid edilmişdir. Çünki bunun nəticəsində ayələr onların qəlbinə oturur, həmçinin ətinə və qanına qarışır. 
- Böyük İslam alimlərindən biri bütün ömrünü Quran üzərində düşünüb-daşınmaqla sərf etmədiyinə görə təəssüf hissi keçirirdi. Hətta mərhum Molla Sədra "Vaqiə" surəsinin təfsirində belə bir təəssüf hissini bildirmişdir. 
- Quran xeyir-bərəkətlidir, həmçinin düşünüb-daşınmaq üçünüdür. Quran təkcə onun zahirinə təbərrük etmək üçün nazil olmayıb. 
- Quranda tədəbbür xatırlamanın müqəddiməsidir. Anlamağın, faydalanmağın və nəsihət qəbul etməyin şərti ağıldır.

"Nur" təfsirindən istifadə edilmişdir.

Tarix : 2016-10-31Baxış sayı : 62