background img
banner

Həzrət Xədicə və Quran

Increase text size Decrease text size

“Və o kəslər ki: “Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan gözümüzün işığı olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam et! – deyərlər”. (“Furqan” surəsi, 74-cü ayə)

İzah və bildirişlər:
Ramazanın 10-cu günü həzrət Xədicənin vəfatının ildönümüdür. O, Peyğəmbərə iman gətirən və İmam Əli ilə yanaşı Peyğəmbərlə birlikdə namaza duran birinci qadın olmuşdur.

Hakim Həskani deyir ki, Peyğəmbər bu ayənin təfsiri barədə demişdir: Bu ayələr nazil olduqdan sonra vəhy mələyindən soruşdum ki, “zövcələrimiz” deyərkən nə nəzərdə tutulur? Cavab verdi ki, Xədicədir. Övladlarımız – Fatimə və gözünün nuru Həsən və Hüseyndir. “Bizi müttəqilərə imam et” cümləsində nəzərdə tutulan isə Əlidir. 
Mərhum Feyz Kaşani bu ayənin təvili barədə yazır ki, ondan məqsəd ali risalət məqamı, Qurani-Şərif və Peyğəmbərin yardımçısı Xədicədir”. 
Əli ibn İbrahim Qumminin təfsirində qeyd edilir ki, ayədəki “zövcələrimiz” həzrət Xədicədir.

Həzrət Xədicə Kübra dörd seçilmiş qadınlardan biridir. O xanımın ömür çırağı Ramazan ayında söndü. Peyğəmbər öz ridası ilə onu kəfənə tutdu və pak cənazəsini evdən müşayiət etdi və “Həcun” məntəqəsində (Əbu Talib qəbiristanlığı da deyilir) torpağa tapşırdı.

İstifadə olunan mənbələr: “Təfsiru Əli ibn İbrahim Qummi”, c.2, s.117; “Şəvahidüt-Tənzil”, c.1, s.416; “Təbəqatül-Kübra”, c.8, s.15.

Hazırladı: F.A.

Tarix : 2016-10-31Baxış sayı : 57