background img
banner

Quranın Qədr gecəsində nazil olması

Increase text size Decrease text size

"Həqiqətən də, biz onu Qədr gecəsində nazil etdik".

İzah və bildirişlər. 
- Allah dünyanın işlərinə mələklər yolu ilə və onların vasitəsilə əncam çəkir. 
- Təfsir alimlərinin nəzərinə əsasən, Quran iki dəfə nazil olmuşdur. Bir dəfə Qədr gecəsində tam şəkildə nazil olmuşdur ki, surə buna işarə etmişdir. Başqa dəfə isə tədrici yolla iyirmi üç il ərzində, Peyğəmbərin risalət (rəsulluğu) dövründə nazil olmuşdur. 
- "Həqiqətən də, biz onu Qədr gecəsində nazil etdik" ayəsilə "Ramazan ayldır ki, orada Quran nazil olmuşdur" ayəsini bir yerə gətirdikdə məlum olur ki, Qədr gecəsi Ramazan ayındadır. Ancaq hansı gecənin Qədr gecəsi olduğuna gəlincə, Quranda buna dair bir dəlil yoxdur. Habelə hədislərdə də üç gecədən biri olduğuna dair qeyd edilmişdir. Belə ki, İmam Sadiqdən Qədr gecəsi barədə soruşduqda belə cavab vermişdir ki, Ramazanın on doqquz, iyirmi bir və iyirmi üçüncü gecəsi onu axtar. Əhli-sünnə arasında məşhur olan nəzər isə budur ki, Qədr gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsidir. 
- Qədr gecəsi Allaha şükür və təşəkkür etmək gecəsidir. Çünki Allahın bəşərə ən mühüm neməti, yəni Quran nazil edilmişdir. 
- Ən üstün kitab ən üstün gecədə ən üstün insana nazil olmuşdur.

İstifadə olunmuş mənbə: "Nur" və "Əl-Mizan" təfsirləri, "Qədr" surəsi, 1-ci ayə

F.A.

Tarix : 2016-10-31Baxış sayı : 58