background img
banner

İmam Əli və həzrət Fatimənin fədakarlığı

Increase text size Decrease text size

"Onlar istəyinə görə yeməyi miskinə, yetimə və əsirə yedirərlər". ("İnsan", 8)

Ayənin nazil olma səbəbi
Əksər tarix, hədis və təfsir alimləri belə nəticəyə gəlmişlər ki, "İnsan" surəsindəki bir neçə ayə, o cümlədən "yemək yedirərlər" ayəsi İmam Əli, həzrət Fatimə, Həsən və Hüseyn barədə nazil olmuşdur. Onun nazil olması Zilhiccə ayında, İmam Əli və həyat yoldaşının övladlarının sağalması üçün etdikləri nəziri yerinə yetirdikdən sonra baş vermişdir.

İzah və bildirişlər 
- Mərhum Əllamə Təbətəbai qeyd edir ki, Həsən və Hüseyn xəstələnmişdi. Onların valideynləri övladlarının şəfa tapmaları üçün üç gün oruc nəzri etmişdilər. Amma hər axşam bir dilənçi (miskin, yetim və əsir) onların evinə gəldi və Peyğəmbər ailəsi öz iftarını ona verdi. Nəhayət bu ayələr nazil oldu. 
- Mərhum Əllamə Əmini "Əl-Ğədir" kitabında bu hədisi öz kitablarında yazmış əhli-sünnənin tanınmış 34 aliminin adlarını qeyd etmişdir. 
- Belə ki, Məqatil ibn Süleyman, Sələbi, Həskani, Zəməxşəri, Fəxr Razi, İbn Əsir, İbn Cözi, Qurtubi, Nizamüddin Nişapuri, İbn Həyyan, Beyzavi, Süyuti, Alusi və sair böyük əhli sünnə alimi bu surənin həzrət Əli şənində olduğunu hesab etmişlər. 
- Ən üstün əməllərdən biri məhrum və ehtiyaclı şəxslərə yemək verməkdir. Belə ki, onların yemək verməsi yaxşıların (əbrar) yüksək mövqeli işlərindən hesab olunmuşdur.

"Məcməul-bəyan", "Əl-Mizan" təfsirlərindən istifadə edilib.

F.A.

Tarix : 2016-10-31Baxış sayı : 71