background img
banner

Təqva nədir?

Increase text size Decrease text size

“Bəqərə” surəsinin ikinci ayəsində buyurulur: “Barəsində heç bir şəkk-şübhə olmayan bu kitab təqvalılar üçün doğru yol göstərəndir”.

Deməli, bu Quran heç bir şəkk-şübhə doğurmayan Allah kəlamıdır və təqvalı şəxslərə doğru yol göstərir. Yəni Quran təqvalı olan kəsləri hidayət edir. O zaman biz ilk öncə təqvanın nə olduğunu bilməliyik ki, doğru yolu tapmış olaq. 
Yaxşı, bəs təqva nədir? Ümumi kütlə belə düşünür ki, təqva bir sıra əməllərdən çəkinməkdir. Məsələn: Yalan danışmamaq, töhmət vurmamaq, qeybət qırmamaq, zina etməmək, haram yeməməkdir. 
Biz isə ümumi kütlənin düşüncəsindən daha irəli getmək istəyirik. Ona görə də təqvanın nə olmasını Allahın öz dilindən eşidək:

Həmin surənin üçüncü ayəsində deyilir: “O kəslər ki, qeybə inanır, namaz qılır və bizim onlara verdiyimiz ruzidən xərcləyirlər”.
Sonrakı ayədə qeyd edilir: “O kəslər ki, sənə nazil olana, həmçinin səndən öncə nazil olana iman gətirirlər və axirətə onların yəqinləri vardır”.
Deməli, Allah təqvanın səbəblərini belə qeyd etdi:
a) Qeybə inanmaq;
b) Namaz 
c) Bütün şəraitlərdə verilən ruzidən sərf etmək
d) Peyğəmbərliyə və nazil olan kitablara iman gətirmək
e) Axirətə iman gətirmək. 
Buradan bizə aydın oldu ki, təqva bir sıra “etmək olmazlara” riayət etmək deyil. Əksinə, qeyd edilən göstərişlərə əməl etməkdir ki, onun nəticəsi də təqvalı olmaqdır. 
Xülasə, əgər biz bu işləri yerinə yetirsək, ruhi baxımdan o qədər qüvvətli olarıq, həm də o qədər ucalarıq ki, bir daha günah tərəfə kiçik bir nəzər də salmarıq. 
Yəni günahdan çəkinmək təqvanın səmərəsidir. Təqvanın əsası deyil.

Yaxşı, indi gəlin görək, biz sadalanan şeylərə riayət etsək nə olacaqdır.
Həmin surəsin beşinci ayəsində deyilir: “Onlar Rəbləri tərəfindən olan doğru yol üzərindədirlər və onlar nicat tapmışların özüdür”.
Əgər biz belə bir məqama çatsaq, Allah Özü bizim əlimizdən tutacaq və doğru yolda olmağımızı Öz öhdəsinə götürəcəkdir. Bu isə olduqca fövqəladə bir şeydir.

Müvəffəqiyyət Allahdandır.
F.A.

Tarix : 2016-10-31Baxış sayı : 79