background img
banner

Bir dəfəyə neçə qüsl almaq olar?

Increase text size Decrease text size

Bir dəfəyə neçə qüsl almaq olar? Müstəhəb və vacib qüslü bir yerdə almaq olarmı?

 

İki qüslü bir dəfəyə yerinə yetirmək mümkündürmü? Məsələn, heyz ilə cənabət qüslünü bir yerdə almaq olarmı?

 

Əgər bir nəfər bir neçə vacib, yaxud vacib və müstəhəb, ya da bir neçə müstəhəb qüsl almalıdırsa, bir qüslü yerinə yetirib, bütün o qüslləri niyyət edə bilər. (Seyid Əbülhəsən İsfahani, “Vəsilətün-Nəcat”)

 

Bəzi möhtərəm müctəhidlərin nəzərinə əsasən, qadın aybaşı olduqda cənabət qüslünə malik ola bilməz. Belə bir qüsl alması da səhih deyil. Qısaca onu deyək ki, bir neçə qüslə malik adam bir qüsl və sair qüsllərin niyyətilə öz vəzifəsini yerinə yetirə bilər. Ancaq aybaşı olduqda cənabət qüslü almaq səhih deyil.

 

İndi keçək növbəti məsələyə.

Qüsl zamanı şəxs – vacib, yaxud müstəhəb qüsl aldığını deməsi lazım deyil. Əgər təkcə qürbət qəsdi etsə, yəni Allahın əmrini yerinə yetirmək üçün qüsl aldığını niyyət etsə, kifayət edir.

 

Buna görə də, heç bir qüsldə vacib, yaxud müstəhəb niyyəti etməyə gərək yoxdur. Bəljə də qüslü qürbət qəsdi ilə icra etmək kifayətdir.

Tarix : 2016-10-31Baxış sayı : 62