Nə üçün Allah bizi imtahan edir?
Biz deyirik ki, Allahın bizim halımızdan, vəziyyətimizdən xəbəri var. Yaxşı, bəs onda nə üçün bizi imtahan edir? Bunun nə məntiqi anlayışı var?
Cavab: İlahi imtahanlar ona görədir ki, düzgün iddiaçılar, yalan danışan iddiaçılardan seçilsin. Bütün insanlar, bir növ iddia etməklə məşğuldurlar. Onların əksəriyyəti özlərinin yaxşı insan olduğunu bildirir. Amma imtahan zamanı insanlar daha yaxşı tanınır, hər kəs anlayır ki, kim öz iddiasında nə qədər doğrudanışan olmuşdur. Allah buyurur ki, biz sizi qorxu, aclıq və qıtlıqla sınağa çəkəcəyik. ("Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!"; "Bəqərə", 155)
Qeyd edək ki, Allahın elmi və biliyi cəza və mükafatlandırmaq üçün dəlil deyil. Əksinə, bizdən əməl sadir olmalıdır ki, bununla cəza, yaxud mükafata yetişək. Gəlin bir neçə misal çəkək:
1. Bilirik ki, dərzi, yaxud bənna nə cür iş görür. Lakin biz onların bilik və bacarığına görə pul vermirik. Əksinə, gərək onlar bir iş görsünlər ki, biz də onların əməyi müqabilində qarşılıq verək.
2. Müəllim bilir ki, filan tələbəsi zəifdir, iki alandır, heç bir biliyi yoxdur. Ancaq imtahan etmədən onun üstündən qələm çəkə bilərmi? İmam Əli buyurub ki, ilahi sınaqlar Allahın agah olması üçün deyil. Əksinə, ona görədir ki, zəminə yaransın və insandan bir əməl sadir olsun ki, əməl əsasında cəza, yaxud mükafat olsun.
Əgər imtahanlar olmasa, insan tanınmaz.
İnsanın səbri baş verən hadisələr zamanı tanınmış olur.
İnsanın məmnunluğu və təslimçiliyi acı olaylar müqabilində tanınır.
İnsanın qənaət və zöhdü qıtlıqlarda aydın olur.
İnsnın təqvası, hülmi (dözümlülüyü) və fədakarlığı imtahanlar əsasında məlum olur.
#quranevi #imtahan #ceza_ve_mukafat