background img
banner

Səfər ayının 1-i nə edək?

Increase text size Decrease text size

Hər ayın əvvəlinin bir neçə əməli barədə tövsiyə

1. “Səhifeyi-Səccadiyyə”nin 43-cü duasını oxumaq

2. Ayın əvvəlinin namazını qılmaq

3. Ayın əvvəlinin namazını qıldıqdan sonra sədəqə vermək

4. Yeddi dəfə “Həmd” surəsini oxumaq

Bundan əlavə əməlləri və təfərrüatı Şeyx Abbas Quminin “Məfatihul-Cinan” kitabında oxuya bilərsiniz.

 

Şeyx Abbas Qummi Səfər ayının bəlalarından amanda qalmaq üçün bir dua nəql etmişdir. Şeyxin fikrini xülasə şəkildə təqdim edirik:

 

Bil ki, bu ay (Səfər) nəhsliklə məşhurdur. Ola bilər ki, bunun səbəbi bu ayda Allah Rəsulunun vəfat etməsinə görədir. Həmçinin bazar ertəsi gününün də nəhs olması bu səbəbdəndir. Ya da ona görədir ki, bu ay üç haram aydan (Ziqədə, Zihiccə, Məhərrəm) sonra gəlir. Belə ki, həmin üç ayda hərb və döyüş olmamış, bu ayda isə döyüşə başlamışlar. Ev və mənzilləri sakinlərindən boşaltmışlar. Bu da onun səfər adlandırılmasının bir səbəbidir.

 

Nəhsi aradan qaldırmaq üçün sədəqə vermək, dua və istiazələrdən bir şey qeyd edilməmişdir. Kim bu ayda nazil olan bəlalardan qorunmaq istəyirsə, hər gün on dəfə bu duanı oxusun. Belə ki, bu duanı Mühəddis Feyz “Xülasətül-Əzkar” kitabında qeyd etmişdir:

 

“Ya şədidəl-qüva və ya şədidəl-mihal, ya Əzizə, ya Əzizə, ya Əzizə, dəllət bi`əzəmətikə cəmi`ə xəlqikə fəkfini şərrə xəlqikə, ya Muhsinu, ya Mucmilu, ya Mun`imu, ya Mufdılu, ya la ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin, fəstəcəbna ləhu və nəccəynahu minəl-ğəmmi və kəzalikə nuncil-mu`minin, və salləllahu əla Muhəmmədin və alihit-tayyibinət-tahirin”.

#quranevi #seferayi #dua

Tarix : 2016-11-01Baxış sayı : 72