background img
banner

Əmr sahibləri

Increase text size Decrease text size

"Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin məsum canişinləri olan) sizdən olan əmr sahiblərinizə tabe olun...". (Nisa, 59)

Bu ayədə "ulul-əmr" (əmr sahibləri) Allah və Peyğəmbərin (s) sırasında itaətləri vacib olaraq göstərilir. Buna görə də insanların hidayətində Quran və Peyğəmbərin rolu nədirsə, "ulul-əmr"in də rolu odur.

Quran və Peyğəmbər (s) hidayətdə heç bir səhvə yol vermədikləri, nur olduqları kimi "ulul-əmr"də səhviz və nur olmalıdırlar.

Quran və Peyğəmbər (s) insanların hidayəti və cəmiyyətin idarəsi üçün zəruri olduqları kimi "ulul-əmr"in də mövcud olması zəruridir.

Allah-Taala Özü tərəfindən seçilməyən və nöqsanlara düçar olmuş bir kəsin itaətini vacib etməz. Çünki bu "hidayət" hədəfinə ziddir. Özü kamil olmayan digərlərini kamala apara bilməz. Özü doğru yolda olmayan, gah sağa, gah da sola yıxılan birisi, digərlərini kamala gedən doğru yolda saxlaya bilməz. Buna görə də insanları doğru yolda doğru hədəfə aparmaq üçün hidayətçi lazım və zəruridir. Bu hidayətçi səhvsiz və nöqsansız olmalıdır.

 

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-11-02Baxış sayı : 59