background img
banner

Cənabət qüslünün əhəmiyyəti nədir?

Increase text size Decrease text size

Bütün təqlid müctəhidləri: Vacib qüsllər arasında onların ən mühüm olanı cənabət qüslüdür. Çünki səhih sayılması üçün təharət (paklıq) şərt olan bəzi işləri (məsələn, namaz, vacib təvaf, mübarək Ramazan ayının orucu, Quranın yazılarına toxunmaq və s.) yerinə yetirmək üçün cənabətli şəxs qüsl almalıdır. Bəlkə də bir çox yerlərdə cənabətli halda bu cür əməlləri yerinə yetirmək günah və məsiyət sayılacaqdır.

Diqqət:

Cənabət qüslü öz-özlüyündə cənabətdən sonra müstəhəbdir (yəni bir insanın cənabətli olduqdan sonra qüsl alması müstəhəbdir) və vacib namaz qılmaq və sair vacib işləri görmək üçün dərhal alınması vacib deyil. Cənabət qüslü alan kəs dəstəmazı batil edən şeylərdən biri baş verməyənədək onunla namaz qıla bilər.

Meyit namazı, şükür səcdəsi, Quranın vacib səcdələri üçün cənabət qüslü vacib deyil.

PS: Mümkündür ki, yatdığı zaman insandan məni xaric olsun. Bu vəziyyətə “ehtilam” deyirlər. Həmçinin mümkündür ki, bu halət insan oyaq ikən baş versin, yəni məni çıxsın. Yuxuda, yaxud oyaq ikən ondan məni çıxmışsa, belə adama möhtəlim, yaxud cünub deyirlər.

Tarix : 2016-11-02Baxış sayı : 54