background img
banner

Azad insanların ibadəti

Increase text size Decrease text size

İmam Sadiq (ə) buyurub:

إن اَلْعُبادُ ثَلاَثَةُ

Yəni bəndələr üç dəstədir.

Əzab qrxusundan ibadət edənlər

قَوْمٌ عَبَدُوا اللٌّهَ عَزَّ وَجَلَّ خَوْفاً

Bu kəslər bizim kimi əzab qorxusundan ibadət edərlər. Belə ki, biz Cəhənnəm qorxusundan sübh çağı oyanır və sübh namazı qılırıq.

Deyirik ki, əgər namaz qılmasaq, Cəhənnəmə gedərik. Əgər Cəhənnəm olmasaydı, heç namaz da qılmazdıq. Xüsusilə, qısa olan gecələrdə və yorğun olduğumuz zamanlar daha diqqətli olur və Cəhənnəm qorxusundan yuxudan oyanırıq. Bu dəstə üçün İmam deyir: “Fə-tilkə ibadətul-əbid” – yəni bu, qulların ibadətidir. Bu ibadət eynən ona bənzəyir ki, qul öz ağasının qorxusundan ona itaət edir. Çünki kötək yemək istəmir.

Behişt ümidilə ibadət etmək

İmam deyir: وَقَوْمٌ عَبَدُوا اللٌّهَ تَبَارَکَ وَتَعَالـى طَلَبَ الثَّوَابِ – yəni bir başqa dəstə Cənnət və savab arzusunda olaraq ibadət edərlər.

İmam deyir ki, “fə-tilkə ibadətul-ucəra” – yəni bu, muzdurların ibadətidir. Bir iş görər və bunun əvəzini güdərlər. Bunlar da ibadət edir ki, Cənnət gülabı yesinlər, Cənnət kabablı aşından qidalansınlar. Ona Behişt hurisi versinlər.

Allahı sevərək Ona ibadət edənlər

İmam ardınca buyurur: وَقَوْمٌ عَبَدُوا اللٌّهَ عَزَّ وَجَلَّ حُبًّا لَهُ – yəni bir də bir dəstə var ki, izzət və cəlal sahibi Allaha Onu sevən halda ibadət edərlər. Məsələn, Əmirəlmöminin (ə) kimi. O həzrət deyirdi ki, İlahi, mən nə Cəhənnəm qorxusundan, nə də Cənnət tamahkarlığından ibadət etmirəm. Mən sənin ibadətə layiq olduğunu görüb Sənə ibadət edirəm”. İmam Sadiq (ə) bu dəstə üçün deyir: “Fə-tilkə ibadətul-əhrar” – yəni bu, azad adamların ibadətidir. “Və hiyə əfdalul-ibadəh” – yəni bu, ibadətlərin ən üstünüdür. 

Tarix : 2016-11-02Baxış sayı : 62