background img
banner

Adət günlərində qadın Quran oxuya bilərmi?

Increase text size Decrease text size

Qadınlar aylıq adət hallarında (aybaşı) olarkən Quran oxuya bilərlər? Zəhmət olmasa, bütün müctəhidlərin nəzərini qeyd edərdiniz:

Cavab: Ayətullah Xamenei, Sistani, Məkarim, Sübhani, Məzahiri, Xoi, Təbrizi, Safi cənablarının nəzərinə əsasən, təkcə vacib səcdəsi olan ayələri oxumaq haramdır.

Ayətullah Xomeyni, Fazil, Behcət, Nuri cənablarının rəyinə əsasən, vacib səcdələri olan surələri oxumaq haramdır.

Ayətullah Şirazi və Vəhid cənablarının nəzərinə əsasən, vacib səcdəli ayələri oxumaq, surənin qalanını isə vacib ehtiyata əsasən oxumaq haramdır.

Quranın qalan surə və ayələrini isə oxuya bilərlər.

Tarix : 2016-11-02Baxış sayı : 56