background img
banner

Hökm və fətva arasında nə fərq var?

Increase text size Decrease text size

Müctəhid bir məsələ barədə ümumi ilahi hökmü tapmaq üçün dini mənbələrə müraciət etdikdə, istinbat üçün mövcud olan xüsusi metodlardan istifadə etməklə qeyd olunan hökmü ələ gətirdikdə və öz müqəllidlərinin ixtiyarında qoyduqda, ona “fətva” deyirlər.

Buna görə də “fətva” dini mənbələrə müraciət etmək və istinbatın tanınan metodlarından (bu metodlar cəvahiri ictihad və sünnəti fiqh kimi tanınır) istifadə etməklə bir zəmində dinin cahanşümul hökmünün istinbatı sayılır.

Rəhbər ümumi ilahi hökmlərə, islami nizamlara diqqət etməklə, mövcud şərait barədə iltifat və diqqət göstərməklə hamı, yaxud fərdlərdən ibarət bir dəstə, ya da xüsusi fərd üçün xüsusi bir məsələ ilə əlaqədar vəzifəni ayırd və təyin etdikdə, bu əmələ “hökm” deyilir. 

Deməli, “hökm” həm də ümumi ilahi hökmlərə, dəyərlərə, güclü qalıcılığa, islamın cahanşümul olmasına xüsusi mövqe və şəraitdə diqqət göstərir. Nə qədər ki, həmin durum dəyişməyib, rəhbər və onun canişinləri tərəfindən etibarlı sayılır.

Bəzən şəriət hökmlərini iki hissəyə ayırırlar: 1. İlahi hökmlər; 2. Vilayətə bağlı hökmlər. Birinci - dinin sabit və ümumi hökmləridir. İkincisi isə rəhbər tərəfindən sadir olan hökmlərdir.

Fətvaya dair misal kimi risalələrdə yazılan maddələri qeyd etmək olar. Məsələn, boynunda  qəza orucu olan kəs müstəhəb oruc tuta bilməz. Tutsa, batildir. Deməli, bu daha çox fərdə aid məsələdir.

Hökm isə xüsusi şəraitdə verilir. Məsələn, sabah şəvval ayının 1-dir deyə elan olunur və bu bildiriş ümumi xarakter daşıyır. 

Hazırladı: F.A.
 

Tarix : 2016-11-04Baxış sayı : 64