background img
banner

İslamın nəzərinə görə üstün və daha mühüm peşə hansıdır?

Increase text size Decrease text size

İslam təlimlərinə əsasən, mömin üçün hansı peşə qadağan olunmuş və hansı iş şəriətə uyğundur? İslamın nəzərinə görə üstün və daha mühüm olanı hansıdır?

 

İslam təlimlərinə əsasən, haram şeylərin, zərərli və ağıl baxımından istifadəsi yararsız sayılan maddələrin, əşyaların alğı-satqısı qadağan edilmişdir. Sələmçilik, başqasının haqqını, malını qəsb etmək qadağan edilmişdir. Müamilələrdə başqalarını incitmək, aldatmaq olmaz. Öhdənə düşəni yerinə yetirməmək, yaxud naqis etmək, ticarətdə saxtakarlıq etmək, çəkidə aldatmaq, zülmkarlara və onların viranedici hədəflərinə yardım etmək, onların xidmətində durmaq qadağan edilmişdir. İnsan qadağan olunmayan və icazəli hesab edilən yollarla fiziki və mənəvi çalışqanlıq göstərərək düzgün sənətkarlıq, əkinçilik, maldarlıq, sələmçilikdən, yalançılıqdan, malı tələf etməkdən uzaq ticarət, faydaverici işlər, habelə cəmiyyətin mədəni və iqtisadi durumu üçün faydalı olan mübah, caiz, müstəhəb, hətta bəzən vacib sayılan işlərlə məşğul olmalıdır.

 

Əlbəttə, İslam dinində elə peşə və sənətlər vardır ki, məkruhdur. Məsələn, kəfən satmaq, qəssablıq və sair kimi. Ola bilər ki, bu cür işlər qəlbin qəsavət bağlayacağına gətirib çıxartdıqlarına görə məkruh sayılmışdır.

Ən doğrusunu Allah bilir.

Tarix : 2016-11-04Baxış sayı : 76