background img
banner

Yeni elmi ixtiralar barədə İslamın nəzəri nədir?

Increase text size Decrease text size

İslamın nəzərinə əsasən, elmi ixtiralar və kəşflər bəşəriyyətin xidmətində durduqca, onların problemlərini aradan qaldırdıqca, faydalı və yaxşıdır. Amma əgər insanlara zərər və ziyan vursa, bəşəriyyətin xətərə düşməsinə və aradan getməsinə vəsilə olsa, yaxud insanların yaşadığı yaşayış mühitinə və təbiətə zərbə vursa, məqbul sayılmayacaqdır. Məsələn, təyyarə, gəmi, elmi irəliləyişlər, enerji və rabitə vasitələrinin zənginləşdirilməsi olduqca yaxşı, həm də tələb olunandır. Amma bəşəriyyətə xidmət etmək yerinə məzlum insanlar gülləbaran və bombardman edilsə, Naqasaki və Xirosima kimi faciələr meydana gətirilsə, yaxud əxlaqdankənar və cinsi təhrikedici filmlər və təsvirlər çəkilsə, insani mədəniyyət pozulsa, zorakılıq və təcavüzkarlıq yayılsa, ətrafı xaos bürüsə, heç şübhəsiz nadürüst və qəbuledilməz sayılacaqdır.

Hazırladı: Fərid Abdullah

Tarix : 2016-11-05Baxış sayı : 659