background img
banner

Ruhaninin ictimai iqtisadi görünüşü

Increase text size Decrease text size

Ruhaninin ümumi insanların və ictimai kütlənin istifdə etdiyi məişət avadanlıqları və yaşam tərzindən iqtisadi cəhətdən fərqlənməsi doğru deyil. Ruhani cəmiyyətin orta kasıb təbəqəsi ilə eyni iqtisadi həyat tərzi yaşamalıdır... Ruhaninin dayanacaqda dayanmış kasıb insanların yanından bahalı maşınlarda ötüb keçməsi insanların din evini yıxan bir hərəkətdir. Ruhanilər taksi və ya avtobus dayanacağında dayandığı vaxtı və sərf etdiyi zamanı ömür və vaxt itkisi saymamalıdır. Ümumi kasıb kütlə ilə bir dayanacaqda dayanıb ümumi nəqliyyat vasitəsi gözləməyin ən az faydası budur ki, insanlar onu da özlərindən bilir və bu isə ruhaninin camaatla və onlardan olduğunun ən xoş cilvəsi və təzahürüdür. Bu cür ictimai davranış insanların imanında yüzlərlə məqalə və moizədən daha çox təsirə malik olur və ruhani burada öz dini misyasına əməl etmiş olur – (əlbəttə əgər ruhaniliyi özü üçün ilahi bir məsuliyyət sayırsa(!)).

Ayətullah Meşkini (r.ə) bir dəfə "Ali Dini Rəhbəri (Vəliyyi Fəqih) Təyin Etmə Məclisi"nin rəisi olarkən Qum şəhərinə Cümə namazı qılmağa gəlməsi üçün ona maşın göndərmək istəyirlər. Meşkini maşın tədarükündə olanlara deyir ki, mənə cəmiyyətin orta təbəqəsinin istifadə etdiyi maşını (Peykan) göndərin, mən bundan yuxarı model maşından istifadə edə bilmərəm.
"Misaqe tələbəgi", Məhəmməd Alimzadə Nuri, s.213.

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-11-05Baxış sayı : 59