background img
banner

Yuxu etibarlı sayılırmı?

Increase text size Decrease text size

Əgər kimsə yuxuda həzrət Məhəmmədi gördüyünü iddia etsə, biz onun sözlərinə inanmalıyıqmı? İslami hədislərə görə, bu cür yuxular şeytan tərəfindən ola bilərmi?

 

1. İslam fiqhində yuxu dəlil və höccət hesab olunmur. Bir nəfər yuxu görüb deyə, onun sözünü məqbul hesab etmək olmaz. Əlbəttə, bu, yuxunun batil və nadürüst olmasına dəlalət etmir. Yuxunun düzgün və səhih olması mümkündür. Ancaq isbat məqamında isbat ediləcək iqtidarda deyil. Təkcə həmin yuxunu görənə höccət sayıla bilər. Ancaq o da xüsusi hədd və meyarlar əsasında olmalıdır. Məsələn, düzgün yozumdan sonra bu yuxudan şəxsi və hüquqi olmayan işlətində istinad edə bilər.

 

2. Əhli-Beytdən nəql olunan rəvayətlərə görə, şeytan peyğəmbərlərin və övliyaların surətinə girə bilməz.

Tarix : 2016-11-05Baxış sayı : 71