background img
banner

Əhkam nə deməkdir?

Increase text size Decrease text size

“Əhkam” “hökm” sözünün cəmidir, hökmlər deməkdir. İnsanın icra etdiyi hər bir əməl və hərəkətin İslam şəriətində bir hökmü vardır və onun təklifi (öhdəçiliyi) təyin və ayırd edilmişdir. Bəzi hərəkətlər qadağan (haram), bəzilərinin icra edilməsi lazım (vacib), onlardan bəzisi mübah – yəni onu yerinə yetirməklə, tərk etməyin heç bir fərqi yoxdur, bəzisini yerinə yetirmək tərk etməkdən daha üstün (müstəhəb), bəzisini isə tərk etmək yerinə yetirməkdən üstündür (məkruh). Buna əsasən də, bu hökmlər mükəlləf (şəriət öhdəçilikləri boynunda olan adam) üçün qeyd edilən əmr və qadağalardır.

Deməli, hökmlər bunlardır:
- Haram: Edilməsi günah, edilməməsi vacib. Haram iş görmək Cəhənnəm ilə nəticələnə bilər. Məsələn: Qeybət etmək, qumar oynamaq və s.
- Vacib: Edilməməsi günah, edilməsi vacib; Vacib işləri icra etmək Cənnət ilə nəticələnə bilər. Məsələn: Namaz qılmaq, oruc tutmaq.
- Məkruh: Edilməməsi edilməsindən daha yaxşıdır. Amma sorğu-sualı yoxdur. Təsirləri isə vardır. Məsələn: Şəkil və atəşlə üzbəüz namaz qılmaq.
- Müstəhəb: Edilməsi edilməməsindən daha yaxşıdır. Amma sorğu-sualı yoxdur. Təsirləri isə vardır; Salam vermək, əqiq üzük taxmaq.
- Mübah: Edilməsi ilə edilməməsi arasında fərq yoxdur. Sorğu-sualı da yoxdur. Məsələn: Yeyib-içmək (Əlbəttə, məsələ nəyi yeyib-içmək deyil. Məsələn, mən indi istəsəm su içərəm, istəsəm içmərəm. Mənim əlimdədir. Bu, mübahdır)

Qeyd edək ki, bu hökmlər də bir neçə yerə bölünür və hər birinin özəlliyi vardır. Bu haqda gələcək yazılarda xəbər verərik.

Tarix : 2016-11-06Baxış sayı : 60