background img
banner

Cümə namazı necədir?

Increase text size Decrease text size

Cümə namazı necədir? Neçə rəkətdir? Onun vacib namazla fərqi nədir? Onu hökmən camaat ilə birlikdə qılmaq lazımdır?

Cavab: Məşhurun nəzərinə əsasən, İmam Mehdinin qeybi dövründə Cümə namazını qılmaq vacibi-təxyiridir. Yəni mükəlləf Cümə günü Zöhr namazının yerinə Cümə namazı qıla bilər. Ancaq Cümə daha fəzilətlidir. Zöhr isə əhvətdir (yəni ehtiyata uyğundur). Burada daha çox ehtiyat odur ki, hər ikisi yerinə yetirilsin.

Cümə namazı camaatla birlikdə qılınmalıdır. Onu tək şəkildə qılmaq olmaz.

Cümə namazının təşəkkül tapması üçün lazım say 5 nəfərdir. Belə ki, bu beş nəfərdən biri imam olmalıdır. Deməli, beş nəfərdən az olduqda Cümə namazı vacib deyil, təşəkkül tapmır. Ancaq 7, yaxud daha çox adam olsa, Cümə namazının fəziləti daha çox olacaqdır.

Cümə namazı iki rəkətdir. Onun keyfiyyəti (qılınma qaydası) eynən sübh namazı kimidir. Müstəhəbdir ki, “Fatihə” və surə uca səslə oxunsun. Birinci rəkətdə “Fatihə” surəsindən sonra “Cümə”, ikinci rəkətdə isə “Fatihə” surəsindən sonra “Munafiqun” surəsi qiraət edilsin.

Cümə namazının iki qunutu vardır. Birinci qunut birinci rəkətin rükusundan öncə, ikinci qunut isə ikinci rəkətin rükusundan sonradır. Cümə namazından əvvəl iki xütbə oxumaq vacibdir. Əgər birinci Cümə namazı qılınsa batildir. Vaxt qaldığı surətdə xütbələri yerinə yetirdikdən sonra Cümə namazı yenidən qılınsın. Ancaq məsələni bilməməzlik üzündən olsa, yaxud səhv etmiş olsa, xütbələri yenidən icra etmək lazım deyil. Bəlkə də namazı da yeniləməyə gərək yoxdur.

Mərhum Ayətullah Təbrizi qeyd edirdi ki, vacib ehtiyata əsasən, hətta hökmü bilməməzlik üzündən olsa, yaxud səhv etsə belə, xütbələr söyləndikdən sonra yenidən Cümə namazı qılınmalıdır. Belə ki, vaxt qalmadıqda Zöhr namazını qılmalıdır.

Ayətullah Məkarim qeyd edib ki, vacib ehtiyata əsasən, xütbə və namaz yenidən yerinə yetirilməlidir. 

Hazırladı: Fərid Abdullah.

Tarix : 2016-11-06Baxış sayı : 80