background img
banner

Hər şeyin təzəsi, dostun köhnəsi

Increase text size Decrease text size

"Hər şeyin təzəsini seç, amma dostlardan ən köhnəsini".
اخْتَرْ مِن كلِّ شيءٍ جَدِيدَهُ ، ومِن الإخْوانِ أقدَمَهُمْ
İmam Əli (ə) / "Ğürərul-Hikəm", hədis:2461.
 

P.S: "Hər şeyin təzəsi dostun köhnəsi" - Bu atalar sözünün, əslində ataların atasından yadigar qaldığı məlum oldu. Bizim hikmətli atalar sözlərinin çoxunun məzmunu Quran-Kərimdən və İmamların (s) sözlərindən alınmadır. Və həmçinin ataların (ağsaqllar, böyüklər, müdriklər, təcrübə sahibləri) sözünə qiymət verən də elə İmamlar (ə) özləri olub ki, buyurublar:


- مشكاة الأنوار في غرر الأخبار، ص162، الفصل الرابع عشر في حقوق الوالدين و برهما: - وَ قَالَ: دُعَاءُ الْوَالِدِ لِوَلَدِهِ كَدُعَاءِ النَّبِيِّ لِأُمَّتِهِ
- "Atanın duasının misalı Peyğəmbərin duasının misalıdır". 
Bu söz təkcə duanın tez qəbulu üçün deyil, bəlkə əsas mənası budur ki, ataların hörmətini saxlayın, onların qarşısında itaətkar olun ki, xeyir-dualarını və xoş məsləhətlərini qazanasınız, belə olan halda sanki Peyğəmbərin xeyir-duasını qazanıbsız. Yəni başqa sözlə desək ailədə, evdə və el arasında ağsaqqalın misalı ümmət arasında peyğəmbərin misalıdır. Peyğəmbərin (s) vücudu İlahi rəhmətləri yer üzünə çəkdiyi kimi böyüklərə, atalara və ağsaqqallara hörmət və ehtiram da İlahi rəhmətlərə səbəb olur.

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-11-06Baxış sayı : 54