background img
banner

"Əhvət" və "Ehtiyat" kəlmələri nə deməkdir?

Increase text size Decrease text size

Fiqhi terminlər arasında tez-tez gördüyümüz "Əhvət" və "Ehtiyat" kəlmələri nə deməkdir?

 

"Əhvət" fiqhi terminlərdəndir. Ehtiyata uyğun - mənasındadır.

 

Əgər "ehtiyat" kəlməsindən öncə, yaxud sonra "fətva" qeyd olunsa, "müstəhəb ehtiyat" mənasındadır. Məsələn: Nəcis olmuş qabı kürr suda bir dəfə yusalar, pak olar. Baxmayaraq ki, ehtiyat - onu üç dəfə yumaqdır. Müstəhəb ehtiyat qeyd olunan yerdə müqəllid başqa bir müctəhidin fətvasına müraciət edə bilməz. Çünki burada müctəhidin fətvası mövcuddur.

 

Əgər "ehtiyatdan"dan öncə, yaxud sonra fətva olmasa, "vacib ehtiyat" mənasındadır. Məsələn: Ehtiyat odur ki, "təsbihati-ərbəə" (yəni "Subhanallahi vəl-həmdu lillahi və la ilahə illəllahu vallahu əkbər" -demək) üç dəfə deyilsin. Burada müqəllid "vacib ehtiyat" deyilən bu ehtiyata əməl etməli və üç dəfə deməlidir. Yaxud vacib ehtiyata əsasən, elmi - təqlid olunan daha bilikli müctəhiddən az, lakin sair müctəhidlərdən daha çox olan müctəhidin bu barədə olan fətvasına əməl edə bilər.

Tarix : 2016-11-06Baxış sayı : 97