background img
banner

Süni dırnaq və kirpik taxmağın hökmü nədir?

Increase text size Decrease text size

Süni dırnaq və kirpik taxmağın hökmü nədir? Bu cür şəxslər dəstəmaz və qüsl üçün nə etməlidirlər?

Əgər bu iş namaz vaxtı baş verməsə və şəxs daha sonra bu maneənin aradan qaldırılmasının problem və məşəqqətli olduğunu bilsə, bu işi etməməsi daha üstündür.

Ancaq əgər bu işi görmüş olsa, namaz vaxtı olduqda və namaz qılmaq istədikdə, həm də dəstəmaz, yaxud qüslə ehtiyac duyulduqda bu maneəni aradan qaldırmalıdır. Fərq etmir, istər dırnaq taxılsın, istər süni kirpik olsun. Lap bu aradan qaldırmaq üçün vaxt sərf edilməsinə və artıq xərcə ehtiyac duyulsa da, başqalarından kömək almaq mümkün olsa da etməlidir. Hər bir halda, bu maneəni aradan qaldırmaq lazımdır. Çünki bu maneə suyun əsl kirpiklərə və dəriyə çatmasının qarşısını alır.

Amma əgər başa düşsə ki, namazın vaxtı keçir və bu maneəni aradan qaldırmağa fürsət yoxdur, yaxud indi bunu etmək üçün kifayət qədər xərcliyə malik deyil, ya da olduqca çətin və qeyri-mümkündür, onda bu adamın öhdəçilik və vəzifəsi əvəz olunur. Yəni bu mənada ki, maneə mövcud olduqda cəbirə dəstəmazı, yaxud qüslü almalı və namazını qılmalıdır.

F.A.
#quranevi

Tarix : 2016-11-06Baxış sayı : 65