background img
banner

Nə üçün namazdan sonra şükür səcdəsi edirik?

Increase text size Decrease text size

Həzrət Əbülhəsən Rzadan (əleyhissəlam) bu barədə rəvayət nəql olunmuşdur ki, məzmunu belədir:

Vacib namazdan sonra səcdə zikri uca olan Allaha təşəkkür etməkdir. O şeyə görə ki, bəndəni Allahın vacib buyurduğuna müvəffəq etmişdir. Orada ən aşağı yetərli olan belə deyilməsidir: Şukrən lillahi, şukrən lillahi – üç dəfə.
 
Ravi soruşur: Bəs “Şukrən lillah” (Allaha şükürlər olsun) sözünün mənası nədir?

İmam buyurur: Deyir ki, bu səcdə məni Onun xidmətinə və Onun fərzini (yəni vacib etdiyini namazı) əda etməyə müvəffəq etdiyi üçün tərəfimdən Allaha təşəkkürdür.

İmam daha sonra buyurur ki, şükür çoxluğa səbəb olur. Belə ki, namazda təqsir (yəni nöqsan, qısaltma) olduqda, bu səcdə vasitəsilə tamam olur.

İstifadə olunmuş mənbə: Şeyx Səduqun “İləlüş-Şəraye” kitabı.


Fərid Abdullah

 

Tarix : 2016-11-06Baxış sayı : 79