background img
banner

İslam tibbində SU içmək...

Increase text size Decrease text size

1. Su içərkən tələsməyin, bir istəkan suyu 3 nəfəsə, üfürmədən, dodaqlayaraq və ləzzət alaraq için... Bir dəfəyə boğaza tökməyin.

2. Sərin su için – (təbii sərin su, bulaq suyu, quyuda sərinləşdirilmiş su). Amma soyuducunun buzxanasında soyumuş suyu içməyin.

3. Çox su içməyin, zərəri vardır.

4. Yeməkdən sonra çox su içmək lazımdır, bunun yeməyin həzmi üçün xeyiri vardır. Mədə yarasının qarşısını alır. Əlbəttə yağlı və ətli yeməklərdən dərhal sonra su içmək olmaz, ən azı 1 saat fasilə verilməlidir.

5. Gecə su içərkən oturmalı və gündüz su içərkən ayaq üstə durmalısan ki, bədən sağlam olsun. Əks halda böyrəklərə ciddi zərərləri var.

6. Suyu içməzdən öncə “Bismillah” və sonra “Əlhəmdulillah” deyin. Daha yaxşısı isə suyu içərkən hər nəfəsdə “bismillah” və “əlhəmdulillah” deyilsin.

7. Başqalarına su verməyin böyük savabı vardır. Su içdikdən sonra İmam Hüseynə (ə) salam deyin.

8. Təmiz qabda su için. Su içmək üçün ən yaxşı qabaq şüşə qabdır.
9). Qabın sınmış yerindən və qulpundan su içməyin.

10. Su içməyə qab tapmasanız, sağ əlin ovucu ilə su için.

11. Başqa şəhərə getdikdə öz şəhirinizin suyundan götürün və məqsəd şəhərə çatdıqda oranın suyu ilə qarışdırıb için.

12. Yemək arasında su içməyin.

13. Dolu yağışın (buzdənəli) suyundan içmək üçün istifadə etməyin.
 

Mənbə: "İrşadatur-Rəsul əl-Mustafa fis-sihhəti və tulil-ömr", Ayətullah Şeyx Abbas Təbrizian ...

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-11-07Baxış sayı : 71