background img
banner

Nə üçün məscidlərə ehtiram göstərilir?

Increase text size Decrease text size

Nə üçün məscid barədə çoxlu tapşırıqlar verilmişdir, habelə ilahi hökmlərdə ona bir bu qədər diqqət vardır?

İmam Sadiqdən (ə) soruşdular: Məscidlərin əzəmətli tutulmasının illəti nədir?

Həzrət buyurdu, Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun.

Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur:

Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin.

 

F.A.

İstifadə olunan mənbə: Şeyx Səduq, “İləlüş-Şəraye”.

Tarix : 2016-11-07Baxış sayı : 57