background img
banner

"Fərəcin intizarı" nə deməkdir?

Increase text size Decrease text size

"Fərəcin (nicat zamanının) intizarı" nə deməkdir?

Hədislərdə deyilir ki, "əməllərin ən yaxşısı fərəcin (12-ci imamın zühurunun) intizarını çəkməkdir".

Bəziləri belə xəyal edir ki, bu hədis deyir: Vədə olunmuş İmam Zaman (ə.f) axirzamanda öz 313 nəfər əshabı və silahdaşı ilə gələcək, zülmkarları məhv edəcək, İslam düşmənlərinin kökünü qazacaq, ədalət hakimiyyəti quracaq, insanların rifahı yaxşılaşaqcaq, kamil azadlıq yaranacaq...  və İmam Zaman (ə.f) da üzünü bizə tutub deyəcək ki: Buyurun, süfrə hazırdır, gəlin əyləşin nemətlərlə dolu süfrənin başında!!! Biz belə bir fərəci gözləyirik, belə bir İmam Mehdi (ə.f) gözləyirik – (halbuki belə fərəc gözləmək Musanın qövmünün sözünə bənzəyir ki, yəhudilər Musaya dedilər: Sən və Allah – ikiniz gedib o kafir tayfanı Fələstin ərazilərindən çıxardın, sonra bizə xəbər edin gələrik... Bu sözə görə Allah onları 40 il səhrada sərgərdan etdi...). Biz deyirik ki, İmam Zaman (ə.f) gəlsin vursun, dağıtsın və qurub hazırın versin mənə... Budurmu FƏRƏC İNTİZARI?!

FƏRƏCİN İNTİZARI, yəni ləhzələri və anları saymaq döyüş və cihad üçün, şəhid olmaq üçün, İmamın əsgərlərinə qoşulub düşmənlərə qarşı döyüşmək üçün... Yəni haqq yolunda həqiqi mücahid arzusunda olmaq... Yəni İmam gəlib əmr etsin və mən canımı verim... Yəni İmam gəlib əmr etsin, mən canımı, malımı və övladımı verim Allah yolunda...

FƏRƏCİN İNTİZARI, yəni hər an İmamın gəlişi əngəlləyən maneələri təmizləməklə məşğul olmaq, İmamın gəlişini asanlaşdıran və tezləşdirən işləri görmək, İmamın gəlişi üçün zəminə yaratmaq...!!!

 

Ustad Şəhid Mütəhhəri, "Mənəvi azadlıq, s173.

Hazırladı: M. Bəşir

Tarix : 2016-11-08Baxış sayı : 93