background img
banner

Şeyx Hürr Amuli Novruz bayramı barədə

Increase text size Decrease text size

Şeyx Hürr Amuli (r.ə) Novruz bayramı barədə Şeyx Tusinin "əl-Misbah" kitabına - (həmin hədisi "əl-Misbah"da tapa bilmədim) - istinadla nəql etdiyi hədisdə Novruz bayramı üçün bir sıra əməllər qeyd etmişdir:

Qüsl + təzə libas geyinmək + ətirlənmək + oruc tutmaq + zöhr və əsr namazından sonra 4 rəkət namaz qılmaq. Bu namaz 50 ilin günahların bağışlatdırar - (1-ci rəkətdə Fatihədən sonra 10 dəfə “Qədr”, 2-ci rəkətdə "Ya əyyuhəl-kafirun" surəsi, 3-cü rəkətdə "İxlas" surəsi və 4-cü rəkətdə "Fələq” və “Nas" surələrini oxumaq və səcdədən sonra dua etmək).


«مُحَمَّدُ بْنُ الْحَسَنِ (شیخ طوسی) فِي «الْمِصْبَاحِ» عَنِ الْمُعَلَّى بْنِ خُنَيْسٍ عَنْ مَوْلَانَا الصَّادِقِ «ع»‏ فِي يَوْمِ النَّيْرُوزِ قَالَ إِذَا كَانَ يَوْمُ النَّيْرُوزِ- فَاغْتَسِلْ وَ الْبَسْ أَنْظَفَ ثِيَابِكَ وَ تَطَيَّبْ بِأَطْيَبِ طِيبِكَ وَ تَكُونُ ذَلِكَ الْيَوْمَ صَائِماً فَإِذَا صَلَّيْتَ النَّوَافِلَ وَ الظُّهْرَ وَ الْعَصْرَ فَصَلِّ بَعْدَ ذَلِكَ أَرْبَعَ رَكَعَاتٍ تَقْرَأُ فِي أَوَّلِ كُلِّ رَكْعَةٍ فَاتِحَةَ الْكِتَابِ- وَ عَشْرَ مَرَّاتٍ إِنَّا أَنْزَلْنَاهُ فِي لَيْلَةِ الْقَدْرِ- وَ فِي الثَّانِيَةِ فَاتِحَةَ الْكِتَابِ- وَ عَشْرَ مَرَّاتٍ قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ- وَ فِي الثَّالِثَةِ فَاتِحَةَ الْكِتَابِ وَ عَشْرَ مَرَّاتٍ قُلْ هُوَ اللَّهُ أَحَدٌ- وَ فِي الرَّابِعَةِ فَاتِحَةَ الْكِتَابِ- وَ عَشْرَ مَرَّاتٍ الْمُعَوِّذَتَيْنِ- وَ تَسْجُدُ بَعْدَ فَرَاغِكَ مِنَ الرَّكَعَاتِ سَجْدَةَ الشُّكْرِ وَ تَدْعُو فِيهَا يُغْفَرُ لَكَ ذُنُوبُ خَمْسِينَ سَنَةً.
 

Şeyx Hürr Amuli (vf. 1104 hq), "Vəsail əş-Şiə", c8, s. 172, bab:48, hədis:1-10338 /c3, s.335, bab:24 / c.10, s.468, bab:24.

Şeyx Hürr Amuli (vf. 1104 hq). "Hidayətul-Ümmə ila əhkamil-əimmə", c.1, s.316 və 346 və c.4, s.279.
Əllamə Məclisi, "Biharul-Ənvar", c.56, s.101, bab:22 və c.78, s.21, bab:1.

P.S: Bu hədisi təkcə “Vəsail-əş-Şiə”, “Hidayətul-Ümmə” və “Biharul-Ənvar” kitablarında tapmaq mümkün oldu. Hürr Amuli hədisin əsas qaynağını Şeyx Tusinin "əl-Misbah" kitabı göstərsə də göstərilən mənbədə hədisi tapa bilmədim.

Hədis "Vəsail-əş-Şiə" kitabında kəsik (mürsəl) sənədlə nəql edilmişdir.

Amma hər halda Şeyx Hürr Amulinin əlində elə nüsxələr olmuşdur ki, bu gün bizim əlimizdə yoxdur. Ola bilsin ki, Şeyx Hürr Amuliyə hədisin mənbə və sənədi məlum olduğu üçün hədisi Novruz bayramının əməlləri sırasında gətirmişdir. Daha yaxşısını Allah bilir.

Hazırladı: Mirməhəmməd Bəşir

Tarix : 2016-11-08Baxış sayı : 1433